Bəzi sərhədçilərin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

2019/06/azerb-1560492422.jpg
Oxunub: 533     10:06     14 İyun 2019    
Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli Qərarda dəyişiklik edib.

Ordu.az xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sərhəd   Hərbi-xidmət  

Bəzi sərhədçilərin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

2019/06/azerb-1560492422.jpg
Oxunub: 534     10:06     14 İyun 2019    