Füzulidə “Zəngəzur qartalı” - şəhid Şahin Əsgərovun xatirəsi anılıb

2019/06/945d0-1560490053.jpg
Oxunub: 742     09:43     14 İyun 2019    
Füzulinin Əhmədallar kəndində “Zəngəzur qartalı” adı ilə tanınan şəhid Şahin Əsgərovun xatirəsinə həsr olunmuş yürüş təşkil keçirilib. Şəhidin adını daşıyan kənd mədəniyyət evindən başlayan yürüş onun dəfn olunduğu məzarlığadək davam edib.

Yürüşdə şəhidin ailəsi ilə yanaşı, onun adını daşıyan kənd mədəniyyət evinin işçiləri, təhsil aldığı məktəbin şagird və müəllimləri, eyni zamanda rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib. Yürüş iştirakçıları şəhidin məzarını ziyarət edib, onun məzarı üstünə əklil və gül dəstələri qoyub, ruhauna dualar oxuyub.

Daha sonra Horadiz şəhərindəki Muğam Mərkəzinin binasında davam edən toplantıda şəhidin ömür və döyüş yolundan bəhs edən “Zəngəzur qartalı” kitabının təqdimatı keçirilib. Tədbirdə iştirak edən şəhidin uşaqlıq və döyüşçü yoldaşları onun qəhrəmanlıqlarından danışıb, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə iştirak edən şəhidin anası Rəfiqə Əsgərova oğlu ilə qürur duyduğunu dilə gətirib:

“Mən çox xoşbəxtəm, oğlum Şahinlə qürur duyuram. Bir Şahin şəhid oldu, indi yüzlərlə, minlərlə Şahinim var. Hamısı mənim övladımdır”.

Qeyd edək ki, Əsgərov Şahin Rəcəb oğlu 1971-ci il fevralın 23-də Ermənistanın Gorus rayonunun Qurdqala kəndində (Qərbi Azərbaycanda) anadan olub. 1977-ci ildə həmin kənddə 1-ci sinfə gedən Şahin 1985-ci ildə məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirib. Qurdqala kəndində tam orta məktəb olmadığı üçün Şahin təhsilini Füzuli rayonunda davam etdirib. 1988-ci ildə ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olan ailə Füzuli rayonunun Əhmədallar kəndinə köç edib. 1989-cu ildə məcburi qaçqın düşən ailənin övladı kimi Şahin Sovetlər birliyinin hərbi xidmətinə yollanır. 1991-ci ildə hərbi xidməti başa vurub Azərbaycana qayıdır. Bir il keçmir ki, Qarabağda şiddətli döyüşlər başlayır. Həmin vaxt Şahinin dayısı oğlu Şuşa rayonunda keçirilən “Daşaltı əməliyyatı”nda şəhid olur. Bu xəbər Şahinin səbrini daşıran son hədd idi. Elə həmin vaxtdan sonra döyüşə yollanır.

Şahin Əsgərov “723” nömrəli batalyonun tərkibində döyüşlərə qatılıb. Şəhid hərbçi həmin illərdə dəfələrlə şücayət göstərib. O, Divanlılar-Martuni istiqamətində gedən döyüşlərdə qumbaraatanla ermənilərə məxsus hərbi maşını partladır. Dəfələrlə mühasirəyə düşən döyüşçü dostlarının köməyinə çatıb, güllə yarası alan hərbçiləri təhlükəsiz əraziyə daşıyaraq həyatlarını xilas edib. Sonuncu gün - ölümündən bir gün əvvəl məskunlaşdığı Füzuli rayonunun Əhmədallar kəndinə gəlib. Uşaqlıq dostu Natiq Allahverdiyev deyir ki, bütün dostlarının təkidinə baxmayaraq, Şahin nişanlısı ilə görüşməyib: “Mən həyatımı torpaqların bütövlüyü uğrunda gedən döyüşlərə verdim. Müharibənin içindəyəm. Yaşayacağım nə məlum” - deyib yenidən döyüşə qaydıb. Elə son gəlişi də, son gedişi də həmin gün olub. Həmin gün çox söhbət elədik. Şahin sevdiyi qızla nişanlı idi. O bilirdi ki, son nəfəsinədək döyüşlərdə iştirak edəcək. Son gedişi də həm gün axşam oldu. Getdi və ertəsi gün tezdən biz Şahinin şəhid olduğu xəbərini eşitdik”. (ONA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şahin-Əsgərov  

Füzulidə “Zəngəzur qartalı” - şəhid Şahin Əsgərovun xatirəsi anılıb

2019/06/945d0-1560490053.jpg
Oxunub: 745     09:43     14 İyun 2019    