AMEA-nın hərbi məhsulları birgə təlimlərdə nümayiş olundu

2019/06/p1dd8-1560488772.jpg
Oxunub: 391     09:05     14 İyun 2019    
Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsal etdiyi hərbi məhsullar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur.

Akademiyadan Ordu.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sənədə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində SETM də iştirak edib.

Hər iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb edildiyi təlimdə SETM-in hərbi məhsulları nümayiş olunub.

Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olunması məqsədi daşıyan təlimdə istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə təcrübəli mütəxəssislər tərəfindən baxış keçirilib. Hərbi mütəxəssislər SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli məhsulların son hazır nümunələrini yüksək qiymətləndiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AMEA   SETM  

AMEA-nın hərbi məhsulları birgə təlimlərdə nümayiş olundu

2019/06/p1dd8-1560488772.jpg
Oxunub: 394     09:05     14 İyun 2019    