"Müharibə proqnozları ilə bağlı müqəddimələr görmürük" - Hovhannisyan

2019/06/Arcru-1560427195.jpg
Oxunub: 586     16:16     13 İyun 2019    
Ekspertlər təxmin edirlər ki, son dövrlərdə baş verən proseslər ciddi gərginliklərin gözlənildiyini və ikinci aprel döyüşünün mümkünlüyünü sübut edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bu gün Ermənistan parlamentində "Aravot.am" saytının "Bunun mümkünlüyünü istisna edirsiniz?" sualına belə cavab verib.

"Heç bir şeyin ehtimalını istisna etmirəm, lakin bu kimi proqnozlar üçün müqəddimələr görmürük".

Jurnalistin, "Azərbaycan və Türkiyə arasında 13 hərbi təlib keçirilibsə, bunlardan 4-ü geniş miqyaslıdır, eyni zamanda buna paralel olaraq xüsusi təyinatlı dəstələrin toplanışları da var" sözlərinə Hovhannisyan, yenidən heç nəyi istisna etmədiyini, lakin proqnozlar üçün əsas görmədiyini qeyd edib.

"İnanın, mən də sizdən daha çox müqayisə ediləsi məlumatlar var, lakin heç nəyi istisna etmirəm. Müasir müharibələrin belə bir xarakteri var, bəzən bu, hər hansı baxımdan gözlənilməz olur və həyata keçirilən əməliyyatlarla əlaqəsi olmur. Lakin ən azından yaxın gələcəkdə bu kimi proqnozlar üçün əsaslar görmürəm", - deyə o bildirib.

Hovhannisyan cəbhə xəttində PUA-ların kəşfiyyat uçuşları etməsi məsələsinə isə belə cavab verib: "Müdafiə naziri yeni bir çox şey dedi. Biz də çox şey edirik, əgər bu barədə danışmırıqsa, bu o demək deyil ki... Onlar deyirlər ki, bizim mətbuatımız yalnız buna cavab verir".

Hovhannisyan, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən, hansı silah növlərinin alınması məsələsinə də toxunub.

"Silahların alınması prosesi kifayət qədər mürəkkəb, dövlət funksiyasıdır. Bu funksiyanın birdən-birə ayaq üstündə dayanmasına qərar verilmir. Bizim silahların normal şəkildə alınması və tətbiq edilməsi prosesimiz var. Baş nazirin qeyd etdiyi kimi, təbii ki, biz silah növlərinin artırılmasını və digər silah növlərinin əldə edilməsini istəyirik. Söhbət kiçik olmayan taktiki silahlardan gedir. Biz bu istiqamətdə işləyirik", - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Müharibə proqnozları ilə bağlı müqəddimələr görmürük" - Hovhannisyan

2019/06/Arcru-1560427195.jpg
Oxunub: 589     16:16     13 İyun 2019    