DSX rəisi: “Bayrağımız Kəlbəcərdə, Qubadlıda dalğalanacaq”

2019/06/78967-1560426065.jpg
Oxunub: 776     15:38     13 İyun 2019    
"Əminəm ki, yaxın zamanlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək".

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev deyib.

Milli Qurtuluş gününün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edən DSX rəisi, hər bir Azərbaycan sərhədçisinin dövlət bayrağımıza məhəbbətin vətənimizə məhəbbət olduğunu bildiyini vurğulayıb.

"Dövlət bayrağına olan sevgimiz, dövlətçiliyimizə olan sevgidir. Bu gün hər bir Azərbaycan sərhədçisi bilir ki, dövlət bayrağına ehtiram Ali Baş Komandanımıza ehtiramdır.

İndi böyük qürur hissi ilə çiyinlərimizdə daşıdığımız bu vüqar, müzəffər bayrağımız işğaldan azad olunan bütün ərazilərdə - Kəlbəcərdə, Qubadlıda, Laçında, Cəbrayılda şərəf və qürurla dalğalanacaq", - deyə E.Quliyev çıxışında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

DSX rəisi: “Bayrağımız Kəlbəcərdə, Qubadlıda dalğalanacaq”

2019/06/78967-1560426065.jpg
Oxunub: 777     15:38     13 İyun 2019    