Hindistanda hərbi təyyarə qəzaya uğrayıb - Bütün heyət həlak olub

2019/06/nepal-1560421840.jpg
Oxunub: 536     14:14     13 İyun 2019    
Arunaçal Pradeş ştatının şimal şərqində qəzaya uğrayan Hindistan hava qüvvələrinə məxsus An-32 hərbi təyyarəsinin bütün heyəti həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

“Səkkiz nəfərdən ibarət axtarış qrupu bu gün səhər An-32 təyyarəsinin qəzaya uğradığı yerə çatıb. Biz çox təəssüflə bildiririk ki, təyyarə qəzasından kimsə sağ qurtulmayıb”, - deyə sözçü bildirib.

Təyyarənin qalıqları Lipo kəndindən 16 metr şimalda, dağın yamacında tapılıb.

Qeyd edək ki, göyərtəsində 13 nəfər olan An-32 hərbi təyyarəsi iyunun 3-də Assam ştatının şimal-şərqində olarkən radarlardan itib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb - Bütün heyət həlak olub

2019/06/nepal-1560421840.jpg
Oxunub: 537     14:14     13 İyun 2019    