Ermənistan parlamentində Davit Tonoyanla qapalı görüş - ƏTRAFLI

2019/06/17812-1560416713.jpg
Oxunub: 1142     13:05     13 İyun 2019    
"Dünənki və bugünkü hesabatlar nisbətən sabit vəziyyətdədir. Əgər müharibə təhlükəsi olarsa, sizə məlumat verəcəyəm"

Ordu.az erməni KİV-lərinə xəbər verir ki, bu sözləri bu gün Ermənistan parlamentində 2018-ci ilin büdcə hesabatları müzakirələrindən sonra Müdafiə naziri Davit Tonoyan jurnalistlərin suallarına cavab verərkən deyib.

Tonoyan jurnalistlərə açıqlamasında aprel döyüşləri məsələsi üzrə komissiya formalaşdırılmasına toxunaraq qeyd edib ki, əgər ictimai tələb varsa, o zaman zərurət də var: "Bütün bu məsələlər ictimaiyyətdə rəqibin informasiya fəaliyyətləri nəticəsində ortaya çıxıb".

Jurnalistlərin, cəbhə xətti boyunca Ordumuzun PUA-lar və hərbi aviasiyasının təlim uçuşlarını artırması barədə suallarına cavabında Tonoyan Ermənistanın da PUA-lardan istifadə etdiyini etiraf edib.

"Bizim də pilotsuz uçuş aparatlarımız cəbhə xətti boyunca uçuşlar keçirir, sakit olun", - deyə erməni nazir bildirib.

Azərbaycan-Türkiyə hərbi təlimlərinə də toxunan Tonoyan, guya təlimlərdən xəbərdar olmadıqlarını, bu barədə indi öyrəndiklərini bildirib.

Jurnalistin, müharibə təhlükəsi olub-olmadığı haqqında sualına isə o belə cavab verib: "Əgər müharibə təhlükəsi olsa, sizə məlumat verəcəyəm".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan parlamentində Davit Tonoyanla qapalı görüş - ƏTRAFLI

2019/06/17812-1560416713.jpg
Oxunub: 1143     13:05     13 İyun 2019    