"Hraparak": Mnatsakanyanın oyuna girməsi mümkündürmü?

2019/06/00-56-1560413019.jpg
Oxunub: 656     13:58     13 İyun 2019    
"Sahakyan və Balasanyan arasında sonuncunun istefa verməsi ilə bağlı razılaşma imzalanıb. 10 gündən artıqdır ki, Balasanyan ümumilli hərəkata başlayıb və bəzi qüvvələri öz ətrafına toplayıb".

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın nüfuzlu "Hraparak" nəşrinə işğal altında olan Qarabağdakı mənbələr məlumat verib.

Onun sözlərinə görə, hazırda Balasanyana hərəkata başlaması üçün diaspordan ciddi maliyyə dəstəyi verilir.

"Balasanyan bilirdi ki, həm namizəd olmaq, həm siyasi fəaliyyəti idarə etmək, həm də təhlükəsizlik şurasının rəhbəri vəzifəsində qalmaq mümkün deyil. Balasanyanın istefa verməsi Nikol Paşinyanla əlaqələndirilir", - deyə adı açıqlanmayan mənbə qeyd edib.

Bütün hallarda, Balasanyan və Paşinyan arasındakı sular eyni şəkildə axmır.

"Ola bilsin, Vitali Balasanyanın siyasi xətlərindən biri anti-Paşinyanlıqdır: məhz bu səbəbə görə o, öz vəzifəsində qalmamalı idi".

Jurnalistin "Burada belə bir sual yaranır: "Bəs Arayik Harutyunyanın, Samvel Babayanın, Vitali Balansanyanın və digərlərinin bir-birinə qarşı çıxması, sonda isə polis rəisinə çevrilmiş Levon Mnatsakanyanın oyuna daxil olaraq öz namizədliyini irəli sürməsi mümkündürmü?" sualına mənbə bu şəkildə cavab verib:

"Səmimi olsaq, Levon Mnatakanyanın polis rəisi olmasına qədər bu imkanlar müzakirə edilirdi, lakin onun polis rəisi olması ilə bu mövzular bağlandı. Əgər digər fors-major vəziyyətlər olmasa, hazırkı vəziyyətdə belə bir şeyin olması istisna edilir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qrabağ   İşğal   Böhran  

"Hraparak": Mnatsakanyanın oyuna girməsi mümkündürmü?

2019/06/00-56-1560413019.jpg
Oxunub: 657     13:58     13 İyun 2019    