Tonoyana güzəştə getmədilər: Ermənistan parlamentində ciddi qalmaqal yaşanıb

2019/06/Davit-1560412079.jpg
Oxunub: 610     12:02     13 İyun 2019    
Ermənistan parlamentində 2018-ci ilin büdcə hesabatlarının müzakirələri davam etdirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 5-də Ermənistan parlamentində müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın qapalı iclası baş tutmalı və Müdafiə Nazirliyinin büdcə hesabatı müzakirə edilməli idi.

Müdafiə naziri Davit Tonoyan həmin gün işgüzar səfərdə olduğu üçün 2018-ci ilin büdcə hesabatını məhz bu gün təqdim edəcək. Lakin bugünkü yerdəyişmənin arxa fonunda əslində başqa bir məsələnin durduğu məlum olur.

Belə ki, iyunun 5-də Tonoyanın müavini Qabriel Balayan parlamentdə olub və hakim fraksiya ilə ciddi söz-söhbətlər baş verib.

Məlumata görə, Balayan 2018-ci ilin büdcə hesabatlarını özünün də təqdim edə biləcəyini deyib, lakin cavab olaraq ona belə bir şeyin ola bilməyəcəyini bildiriblər. Çünki Paşinyan tərəfindən verilən təlimata görə, idarələrə cavabdeh şəxslər müzakirələrdə mütləq iştirak etməlidirlər.

Qeyd edək ki, Ararat vilayətinin bələdiyyə başçısı Qarik Sarkisyan məzuniyyətdə olsa belə Paşinyanın təlimatına əsasən parlamentin iclasında iştirak edib və 2018-ci ilin büdcə hesabatlarını şəxsən təqdim edib. Yalnız Baş prokuror Artur Davtyan büdcə hesabatlarının müzakirə üçün parlamentə gəlməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Qalmaqal  

Tonoyana güzəştə getmədilər: Ermənistan parlamentində ciddi qalmaqal yaşanıb

2019/06/Davit-1560412079.jpg
Oxunub: 613     12:02     13 İyun 2019    