Ermənistan MN-də istefalar gözlənilir - Şikayət ərzilərinin sayı durmadan artır

2019/06/14066-1560410121.jpg
Oxunub: 619     11:32     13 İyun 2019    
Ermənistan Müdafiə Nazirliyində kütləvi istefalar gözlənilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi daxilində 2013-cü ildən etibarən hərbçilərin sosial müdafiəsi idarəsinə rəhbərlik edən Serj Aruşanyanın korrupsiya fəaliyyətləri haqqında söz-söhbət getdikcə böyüyür və idarənin qaynar xəttinə çoxsaylı şikayətlər daxil olur.

Sakinlərin aylardır idarəyə ərizə ünvanladıqları, hətta son zamanlar idarəyə ümumilikdə 3000 ərizənin daxil olduğu qeyd edilir. Bu vəziyyətdə idarədə gedişatına start verilməmiş 1200-dən çox ərizə mövcuddur.

Bu isə o deməkdir ki, əmək qabiliyyətini itirmiş erməni hərbçilərin ailələri aylardır Müdafiə Nazirliyinin vəzifəli şəxslərindən asılıdır. Görünür, idarədə təqaüdə çıxan yüksək rütbəli hərbçilər də imtiyazlı deyil. Buna görə də, kolleqa Aruşanyanın vəzifəsindən azad olunması prosesinin sürətləndirilməsinə qərar verib.

Yayılan bəzi məlumatlara görə, polkovnik Aruşanyan haqqında tez-tez Müdafiə naziri Davit Tonoyana narazılıq edirlər və onun vəzifəsindən azad olunmasını istəyirlər. Bu narazıçılıqlar, hətta Müdafiə Nazirliyi çərçivəsindən kənara çıxaraq hökumətə qədər gedib çatıb. Buna görə də, yalnız Aruşanyanın deyil, eləcə də digər şəxslərin vəzifəsindən azad olunması istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistan MN-də istefalar gözlənilir - Şikayət ərzilərinin sayı durmadan artır

2019/06/14066-1560410121.jpg
Oxunub: 620     11:32     13 İyun 2019    