Balasanyanın "vurulması" Qarabağdakı mübarizədə yeni mərhələ yaradır

2019/06/image-1560406923.jpg
Oxunub: 901     10:43     14 İyun 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi nəticəsində qondarma qurumun "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyan vəzifəsindən azad edildi.

Əslində uzun müddətdir ki, gözlənilən hadisə baş verdi. Hazırda Ermənistanın hakim dairələrində bir sıra digər xırda hadisələrin baş verməsi ehtimalına dair dolaşan şayiələrə baxmayaraq, hesab olunur ki, məsələnin ən yaxşı həlli məhz onun istefaya göndərilməsi idi. Balasanyan barədə veriləcək qərar, yeni vəziyyət kimi dəyərləndirilən şəraitdə münasibətlərin öz axarına düşməsi baxımından Ermənistan rəhbərliyi üçün qəbulolunan olmalı idi.

Təsadüfi deyil ki, son zamanlar Balasanyanın adı Ermənistanın yeni hakimiyyəti ilə fikir ayrılığı baxımından tez-tez hallanırdı. Bu məsələ Vitali Balasanyanın gözlənilmədən hələ "vəzifədə" olarkən "Qarabağ Naminə" hərəkatını yaratmaq təşəbbüsü ilə çıxış etməsindən sonra daha da kəskinləşdi.

"Ermənistan-Qarabağ-Diaspor vahid üçlüyünün qarşılıqlı fəaliyyəti üçün həlledici qərar vaxtıdır və yalnız bu halda xalqın qarşısına çıxan çağırışlara cavab vermək, birləşmiş və güclü Ermənistan yaratmaq mümkündür" - deyə o "Facebook" hesabında yazırdı.

Maraqlıdır, Ermənistanda bu problemlərin həll edilməsi üçün artıq fəaliyyətdə olan "qüvvələr"dən deyil, yeni hərəkatın yaradılmasına zərurət hardan yaranıb? Təbii ki, Balasanyan açıqlamasında bu suallara cavab verməyib.

Artıq Ermənistanın siyasətində atmacalı açıqlamalar dəb halını alıb. Çünki bu yolla həmin sözləri ya imtina etmək, yaxud da özünəməxsus şəkildə izah etmək mümkündür. Balasanyanı isə belə bir açıqlama verməyə vadar edən hansı siyasi qüvvələr və şüarların olduğu aydın deyil.

Balasanyanın hələ vəzifədə olarkən yeni siyasi hərəkat yaradılması barədə açıqlama verməsi, onun yaxın gələcəkdə istefaya göndəriləcəyindən xəbərdar olması və əlində olan vasitələrdən gələcək siyasi fəaliyyət proqramını tərtib etmək yolunda istifadə etdiyini ehtimal etməyə əsas verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan-Paşinyan   Böhran  

Balasanyanın "vurulması" Qarabağdakı mübarizədə yeni mərhələ yaradır

2019/06/image-1560406923.jpg
Oxunub: 902     10:43     14 İyun 2019    