Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək

2019/05/14984-1557318274.jpg
Oxunub: 656     18:29     12 İyun 2019    
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirlikləri arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində iyunun 13-də saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Böyük-Britaniya   Orkestr  

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək

2019/05/14984-1557318274.jpg
Oxunub: 657     18:29     12 İyun 2019    