Prezident Almaniya və Türkiyə nümayədə heyətləri ilə Qarabağı müzakirə etdi

2019/06/1e620-1560344333.jpg
Oxunub: 541     16:57     12 İyun 2019    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann paytaxtımızda gördüyü dinamik inkişaf proseslərinin nümayəndə heyəti üzvlərinə dərin təəssürat bağışladığını bildirdi.

Qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.

Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edildi. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulandı.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulandı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edildi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirildi.

Görüşdə Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Prezident   Qarabağ  

Prezident Almaniya və Türkiyə nümayədə heyətləri ilə Qarabağı müzakirə etdi

2019/06/1e620-1560344333.jpg
Oxunub: 544     16:57     12 İyun 2019    