Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.
Onun sözlərinə görə, qarşılıqlı məhv etmə həll yolları qəbuledilən deyil.
“Cəza fəaliyyətləri bəlkə də diplomatik baxışdan qəbul olunan deyil. Əsgərin hədəf olaraq məhv edilməsinə görə mükafatlandırılmasını düzgün hesab etmirəm. Bu fəaliyyətin hərbi məqsədyönlülüyü hər hansı şəkildə ədalətli deyil. Düşməni susdurmaq üçün kifayət qədər digər yollar mövduddur. Rəsmi yanaşmaya müvafiq şəkildə cavab verməyən hərbi ritorikadan uzaq olmaq lazımdır, - deyə Sakunts vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az