Kolerov Paşinyan haqqında: “O, bu ədalət vasitəsilə öz diktatorluğunu həyata keçirəcək”

2019/05/modes-1557993858.jpg
Oxunub: 989     10:43     13 İyun 2019    
“Paşinyan artıq bir ildən artıqdır hakimiyyət başındadır, lakin hələdə iqtisadi proyektlər yoxdur”.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Rusiya Parlamentinin dövlət müşaviri, “Regnum” xəbər agnetliyinin Baş redaktoru Modest Kolerov bir neçə gün bundan əvvəl Sankt-Peterburqda baş tutmuş Putin-Paşinyan danışıqlarının nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələri Paşinyanın protokoluna xidmət edir.

“Putin-Paşinyan görüşünün nəticələrini ümumilikdə müsbət qiymətləndirirəm. Bəzi kütləvi informasiya vasitələri Paşinyanın protokoluna xidmət edir. Paşinyan artıq bir ildən çoxdur ki, hakimiyyət başındadır, lakin hələdə iqtisadi proyektlər yoxdur. Bu proyektlər hətta kağız üzərində belə yoxdur və bu hökumətin əsas çatışmazlığıdır.

Hesab edirəm, bir il ideyaların ortaya qoyulması üçün kifayət qədər uzun müddətdir. İqtisadi forumda, iqtisadi proyektlər təqdim edilmədi. Forum yalnız bu barədə olsa da, heç bir proyekt ortaya qoyulmadı. Qeyd edilə bilər ki, bir il ərzində 20 min insan Ermənistana qayıdıb. Lakin bu, məsuliyyəti olmayan bir sevincdir, çünki geri qayıtmaqla hər şey bitmir. Bu insanlar, insanları qazanmaq üçün yeni iş yerləri yaratmalıdırlar. Bu bir il ərzində hansı yeni iş yerləri yaradılıb?”, - deyə Kolerov bildirib.

Paşinyanın “iqtisadi inqilab” ideyasına toxunan Kolerov deyib: “İnqilab gözəldir, əlimizə bayraq alıb, o tərəf-bu tərəfə getdik, evə qayıdanda isə gördük ki, çörək yoxdur. Burada başqa bir fikir də ola bilər. Bu, Paşinyan hökuməti üçün bir problemdir. İqtisadiyyatın inkişaf etdirilməsi üçün nə edilib, hansı proyektlər və hansı iş yerləri yaradılıb?”.

O, “Erməni-rus münasibətlərində əsas siyasi problem hansıdır?” sualına cavab olaraq bildirib ki, əsas siyasi problem məlumdur. Bu problem siyasi motivli ədalətdir.

“Əvəlcə Köçəryanı uydurma ittihamlarla yerində oturtmağa başladılar, sonra başa düşdülər ki, keçid ədaləti həyata keçirmək lazım imiş. Keçid ədaləti isə fövqəladə bolşevik komitəsidir. Oyunun sabit qaydalarının olmaması inqilabçı hakimiyyətə uyğundur. O, bu ədalət vasitəsilə öz diktatorluğunu həyata keçirəcək. Bu, əsas siyasi maneədir", - deyə Kolerov öz baxışını diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kolerov   Paşinyan  

Kolerov Paşinyan haqqında: “O, bu ədalət vasitəsilə öz diktatorluğunu həyata keçirəcək”

2019/05/modes-1557993858.jpg
Oxunub: 990     10:43     13 İyun 2019    