Ermənistan müddətli hərbi xidmət qulluqçuları cəbhə xəttindən çıxarır

2019/06/DSCN1-1560341055.jpg
Oxunub: 939     16:32     12 İyun 2019    
“90-cı illərin demoqrafik böhranı bu gün Silahlı Qüvvələrin şəxsi heyət sayına ciddi təsir göstərir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Davit Harutyunov deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələr tərkibində çoxlu sayda müqaviləli hərbi qulluqçular görmək istəyir.

“Problem təkcə əsgər sayının qorunub-saxlanılmasında deyil. Ordunun təmamilə müqaviləli hərbi qulluqçulardan təşkil edilməsi və ya müqaviləli hərbi qulluqçuların sayının ən azı 50 faizə çatdırılması problemi hələ ki, həll edilməyib. Çox güman ki, son illər aparılan siyasət davam etdirilir və birdən-birə iki məsələnin həllini nəzərdə tutur. Və bunlardan biri təhlükəli hesab edilən döyüş mövqelərinin müqaviləli hərbi qulluqçularla əvəz edilməsidir”, - deyə o bildirib.

Harutyunov eyni zamanda qeyd edib ki, məsələnin həll edilməsi üçün böyük maliyyə imkanları lazımdır.

“İkincisi, əlbəttə ki, ordunun kəmiyyət məsələsinin həll edilməsi cəhdidir. 90-cı illərin demoqrafik böhranı bu gün Silahlı Qüvvələrin şəxsi heyət sayına ciddi təsir göstərir. Qanunda dəyişikliklərin həyata keçirilməsi işsiz insanların orduya cəlb olunmasına şərait yaradır. Ermənistandakı yüksək səviyyəli işsizliyi nəzərə alsaq, bu kimi dəyişikliklərin qəbul edilməsi orduda maaşların artırılması ilə birlikdə 40 yaşına qədər olan insanlar üçün kifayət qədər maraqlı təklif ola bilər”, - deyə erməni hərbi ekspert sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistan Parlamenti iyunun 4-də orduda müqaviləli hərbi xidmət keçmək istəyən vətəndaşların yaş həddinin 40-a çatdırılması ilə bağlı qanun lahiyəsini təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ilin may ayının əvvəllərində Ermənistan Baş naziri Nikol Paşinyan 700 müddətli hərbi xidmət qulluqçunun müqaviləli hərbi qulluqçu ilə əvəz olunması ilə bağlı bəyanat verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan müddətli hərbi xidmət qulluqçuları cəbhə xəttindən çıxarır

2019/06/DSCN1-1560341055.jpg
Oxunub: 940     16:32     12 İyun 2019    