“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”

2019/06/cce1f-1560330945.jpg
Oxunub: 726     18:10     14 İyun 2019    
Sözlər də, fikirlər də düşüncələr üçündü.

Kəlam qüdrətində olmayan söz-fikir, belə söz-fikirlərdən ibarət fikir düşüncələrə hopa bilmir. Belə fikirlər ictimaiyyət üçün maraqlı deyil. Düşüncələrə hopan söz-fikir yaşarı, bəlkə də bəşəri kəlamlardı. Belə kəlamlar vətəndaşın fəaliyyətini dövlət üçün, dövlətçilik üçün gərəkli məcraya yönəldir. Bu fikirlər orduya, ordu quruculuğuna da aiddir.

Vətəndaşların nələrəsə münasibətləri fərqli ola bilər. Vətən hamımızın Vətəni, dövlət hamımızın dövləti, ordu hamımızın ordusu olduğu üçün bu üç məfhuma - Vətənə, dövlətə, orduya isə yox.

Hərbi hissəyə bir-birindən fərqli iki düşüncəylə gedirik. Biri hərbi hissədə səslənəcək fikirlərin tədbirlə necə əlaqəli olacağına maraqla bağlıdı, biri bilavasitə tədbirin mahiyyətiylə...

Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar da, genişmiqyaslı təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını əhəmiyyətli səviyyədə yüksəldib. Belə yüksəlişin nəticəsidir ki, ordumuz nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır...

Vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tövsiyələrini, göstərişlərini, tələblərini, əmrlərini böyük məsuliyyətlə yerinə yetirir, vahid bir amalla xidmət edir: torpaqlarımızı işğaldan azad edəcəyik! Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən keçirilən tədbirlər mahiyyəti etibarilə bu amalın tərkib hissələrindəndir...

Hər bir hərbi qulluqçu üçün Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Disput bu eyniləşdirmənin əsgər düşüncəsinin nəticəsi olması istəyiylə təşkil edilib. Hərbi hissədə disput üçün seçilən “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” mövzusu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaşarı, bəşəri kəlamından iqtibasdır...

Disputa bu xatırlatma ilə başlayırıq.

İştirakçılara xitabən “Disputa mövzu seçdiyimiz kəlam ömür dediyimiz illərə də təsir göstərə bilir”, - deyirəm. Onu da deyirəm ki, “Azərbaycan Ordusu” qəzetinin təşəbbüsü ilə keçirilən bu disputun şəxsi heyətin mənəvi-psixoloji hazırlığında müəyyən qədər əhəmiyyətli olacağına inanırıq, buna əminik, siz də əmin olun. Disput müzakirədir, əsaslandırılmaqla müəyyən fikirlər səsləndirməkdir. Fəal olacağınıza inanırıq.

Baş leytenant Bünyad İsayev dedi ki, hərbi xidmət vətəndaşlıq borcudur. Kişi cinsli hər bir vətəndaş bu borcu yerinə yetirməlidir, yerinə yetirir. Bu borc Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tövsiyəsi - Vətənə, xalqa, dövlətə xidməti ömrün mənası bilin - əsasında yerinə yetirilməklə daha da müqəddəsləşir...

Qəhrəmanlar (Vəzir Orucov, Şirin Mirzəyev, Yusif Mirzəyev, Rasim İbrahimov, Etibar Hüseynov, Mübariz İbrahimov, Samid İmanov, Raquf Orucov, Çingiz Qurbanov və b.), şəhid hərbçilər ömrün mənasını Vətənə, xalqa, dövlətə xidmət bilib döyüşürdülər. 2016-cı ilin Aprel döyüşləri, qazanılan böyük qələbə təsdiqlədi ki, hər bir hərbi qulluqçu qələbə üçün döyüşürdü, ömrünün mənasını Vətənə, xalqa, dövlətə xidmətdə görüb döyüşürdü.
Zabitin sözünə qüvvət kimi deyirəm ki, ömür olumdan ölümə qədərki zaman deyil. Ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan aylardı, illərdi. Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan ömürlərin başlanğıcı olur, sonu olmur. Şəhid ömrü belə işıqlı ömürdü. Bu işıq əbədiyyətin cığırdaşıdı.

Disputa giriş kimi səslənən bu fikirlər mövzu ətrafında səfərbər etdiyi əsgərlərin düşüncələrini “tərpədir”. Bu tərpənişi hiss etmək çətin deyil...

Əsgər Azər Qənbərli dedi:

- Çağırışçı hərbi xidmətə müəyyən biliklərlə, müəyyən dünyagörüşlə gəlir. Hərbi xidmətdə yeni biliklər, vərdişlər əldə edirik. Bu biliklər hərbi biliklərdir, vərdişlər hərbi vərdişlərdir. Hərbi xidmətə gələnə kimi nəyi qoruyacağımızı bilirdik, necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik. Hərbi xidmətdə həm də Vətənin, dövlətin nə olduğu haqqında düşüncələrimiz genişləndi, dərinləşdi. Vətən kəlməsinin ifadə etdiyi məzmunu daha əhatəli dərk etdik. Məhz buna görə hərbi xidməti də Vətən qədər müqəddəs bilirik. Ömrümüz, əlbəttə ki, hərbi xidmət dövründə də, tərxis olunduqdan sonra da müqəddəs Vətənə müqəddəs xidmət üçündü...

Əsgərlərə baxıram. Azər Qənbərlinin dediklərinin onların düşüncələrinə necə hopduğunu hiss etmək, sezmək çətin deyil; maraq istəyin, istək niyyətin, amalın başlanğıcıdı. Duyduqlarım, sezdiklərim başlanğıc deyil, davamdır. Hiss olunur ki, hərbi xidmətin ayları səmərəli keçib. Bu səmərə həm də düşüncələrdədi. Hərbi xidmətin ilk günləriylə andiçmənin səhərisi arasında kifayət qədər fərq olduğunu heç kim inkar edə bilməz. Bu fərqin mahiyyəti Vətən sevgisidi. Hərbi xidmətin hər günü bu sevgini bir az da dönməzləşdirib. Azərbaycanın dövlətçilik tarixi min illərlə səsləşir. Ulularımız min illərlə Vətən olan ərazini Dədə Qorqud öyüdüycə qoruyub. Beyrəkləşərək qoruyub, Qaraca Çobanlaşaraq, Qazan xanlaşaraq, Bəkilləşərək, qoruyub, ... , Xətailəşərək, Cavad xanlaşaraq, ... qoruyub.

Əsgər Xətai Mehdiyev dedi:

- Orta məktəbdə oxuyanda “Haradan başlanır Vətən?” mövzusunda biz də inşa yazmışıq. Hərə öz düşündüyünü yazıb. Bu sualı biz də çox eşitmişik, bu suala verilən cavablardan da xəbərdarıq. "Azərbaycan Ordusu" qəzetində dərc edilən məqalələrdən birində “Vətən əsgər ürəyindən başlayır” fikri bizim hər birimizin gücünə güc verdi. Bu fikri “Haradan başlanır Vətən?” sualına ən dürüst, ən məntiqli cavab bilirik. Vətənin başlanğıcı, həqiqətən, əsgər ürəyidi. Səngərin nə olduğunu bilənlər üçün belədi...

Baş leytenant Bünyad İsayev əsgərin fikrini bəyəndi və onun davamı kimi dedi:

- Əslində Vətən kəlməsi üçün nəhayət, son anlayışı yoxdu. Ancaq yenə deyə bilərik ki, Vətənin başlanğıcı da, nəhayəti də əsgər ürəyidi. Hərbi xidmət, deməli, əsgər Vətən üçündü. Əsgər ürəyinin müəyyənləşdirdiyi ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılmalıdı.

Hamı kimi əsgər Xətai Mehdiyev də baş leytenantın sözə müdaxiləsini məmnunluqla dinlədi və fikrini belə tamamladı:

- Biz məhz belə xidmət edirik. Azərbaycanda hərbi xidmət həmişə belə olacaq.

Disput, müzakirə fikir mübadiləsidi. Belə mövzularda fikir ayrılığı olmur, ola da bilməz. Həmkarım Mübariz Musayev əsgərin sözünə qüvvət kimi dedi ki, müqəddəsliyi hamı dərk edirsə, müqəddəsliyə hamının münasibəti müqəddəsdirsə, sənin, sənin timsalında əsgər yoldaşlarının belə qənaəti istər jurnalist kimi, istərsə də vətəndaş kimi bizi əmin etdi ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrinə hazırdır, torpaqlarımızı işğaldan tamamilə azad etməyə qadirdir...

Əsgər Xətai Mehdiyevin fikirləri mənə bir şeirin bir misrasını xatırlatdı: “Vətən, səndən ayrı ömrü neylərəm?”. Məzmunlu deyilib. Bu misra həm disputun mövzusuyla səsləşir, həm də onun mahiyyətini poetik baxımdan tamamlayır, deyirəm.

Baş leytenant Bünyad İsayev dedi ki, Vətən sevgisinin bu səviyyədə anlaşılması vətəndaşın mənəvi kamilliyidir.
Gizir Tofiq Aslanov dedi ki, Vətənin nə olduğunu bu səviyyədə dərk etməyən nümunəvi əsgər ola bilməz. Nümunəvi əsgər deyilsənsə, yaxşı vətəndaş deyilsən.

Əsgər Vüsal Qədirli əsgər dostunun fikrinə maraqlı fikir bildirdi. Bu müdaxilə həm tədbirin tələbi kimi gözəldi, həm də fəallıq kimi hamımıza könül xoşluğu verdi:

- Yaxşı vətəndaş olmayan yaxşı oğul deyil.

Səmimi, məzmunlu, düşündürücü mükalimələşmədi. Düşünə-düşünə əsgər düşüncələriylə qürurlanırıq - əsgərlərin nə gözəl düşünür, Vətən, qürurlana-qürurlana düşünürük - bu duyum, bu duyğu sənin mənəvi kamilliyinin təsdiqidi, Azərbaycan əsgəri!

Əsgər Emin Məmmədov dedi:

- Yaxşı oğul deyilsənsə, ömür sənə haramdı!

“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” mövzusunda “N” hərbi hissəsində təşkil olunan diskussiya mənəvi kamillik üçün az qala düstur kimi qəbul ediləsi bir fikirlə tamamlanır: Vətənə, xalqa, dövlətə xidmət ömrünün mənası deyilsə, ömür sənə haramdı...

Rəşid Hüseynov, A.O
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”

2019/06/cce1f-1560330945.jpg
Oxunub: 727     18:10     14 İyun 2019    