“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir” - Kent

2019/06/fcb36-1560329232.jpg
Oxunub: 512     12:45     12 İyun 2019    
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir”.

Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Atlantic Council”də çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir: “Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və çiçəklənən gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şofer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik”. (APA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir” - Kent

2019/06/fcb36-1560329232.jpg
Oxunub: 513     12:45     12 İyun 2019    