“Biz, addım-addım diktatorluğa doğru gedirik” - Acemyan

2019/06/Karin-1560326868.jpg
Oxunub: 391     14:22     12 İyun 2019    
“Təkbaşına qərarlar qəbul edən Paşinyanın kaprizlərinin ölkəni hara aparacağını deməyə çətinlik çəkirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Respublikaçılar” partiyasının qadınlar şurasının sədri Qarine Acemyan deyib.

Onun sözlərinə görə, qondarma qurum hazırda öz çətin günlərini yaşayır.

“Təkbaşına qərarlar qəbul edən Paşinyanın kaprizlərinin ölkəni hara aparacağını deməyə çətinlik çəkirəm. Vəziyyət olduqca mürəkkəbdir. Qarabağ (qondarma qurum-red.) hazırda öz çətin günlərini yaşayır, çünki Ermənistanla birlikdə deyil.

Ölkə daxilində, ölkəni quran və irəli aparanlara qarşı böyük nifrət var. İnsanlar öz münasibətini göstərməlidir”, - deyə erməni sədr bildirib.

O, Paşinyan tərəfindən “Respublikaçılar”ın daim yada salınmasına münasibət bildirərkən qeyd edib ki, bu belə də olmalı və Paşinyan “Respublikaçılar”ı daim xatırlamalıdır.

“Paşinyan nə qədər sıfırdan başladığını desə də, xarici siyasətdə hələ hər hansı bir yenilik ifadə etməyib. Keçmişdən qalmış çox layihələr, hələ həyata keçirilməyə davam edir. Gördüklərimi isə iqtisadi azalma, sosial məsələlərin artması kimi qiymətləndirirəm. Paşinyanın həll etməli olduğu problemlərin hamısı daha da dərinləşir. Bunu pis idarəetmə və bacarıqsızlığın nəticəsi olduğunu demək mümkündür.

Yerli idarə etmə orqanlarına keçirilən seçkilər zamanı anormal vəziyyətlə rastlaşdım. Abovyan vilayət rəhbərinin ifadələri gülünc və yolverilməzdir. Hakimiyyətin belə bir müdaxilə etməsinə ixtiyarı yoxdur”, - deyə Acemyan deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Diktator  

“Biz, addım-addım diktatorluğa doğru gedirik” - Acemyan

2019/06/Karin-1560326868.jpg
Oxunub: 394     14:22     12 İyun 2019    