Erməni generalın zəncirə vurduğu şəxs kimdir? – DETALLAR

2019/06/13990-1560325652.jpg
Oxunub: 430     11:46     14 İyun 2019    
“Qriqoryan “Yerkrapah”ın adından aldatma yolu ilə pul ələ keçirən şəxsi ona pay vermədiyi üçün təşkilatın qazmalarında saxlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Mikayel Manukyan açıqlamasında deyib.

Manukyan sosial şəbəkədə erməni general Manvel Qriqoryanın verdiyi cəzaların qurbanı olan şəxslərdən birinin fotosunu paylaşıb.

Onun sözlərinə görə, o, “Duşman” Vardanın qardaşı kimi özünü təqdim edərək, “Yerqrapah” adından vəsait mənimsəyib.

“Arxivdən çıxarılan foto istəyirsiniz? Buyurun bu da Üçmüədzinli “qodzilla”nın arxivdən çıxarılan fotolarından biridir. Qriqoryan “Yerkrapah”ın adından aldatma yolu ilə pul ələ keçirən şəxsi ona pay vermədiyi üçün təşkilatın qazmalarında saxlayıb. Qriqoryan onu tərifləməyən narazı əməkdaşlarını da bu cür cəzalandırırdı.

Fotodakı şəxs barədə məlumatlar bir balaca ziddiyətlidir. Hazırda əldə edilmiş məlumata əsasən, zəncirlənmiş şəxsin adı Aşotdur (əslində İsaxanyandır-red.). Bu fotonun 1996-97-ci illərdə çəkildiyi bildirilir. Bu şəxs həmin dövrdə “Duşman” Vardanın qardaşı kimi özünü təqdim edərək, “Yerkrapah” adından vəsait mənimsəyib. Keçmişdə 5 dəfə mühakimə olunub. Yol verdiyi cinayətlərə görə, bu cür cəzalandırılıb”, - deyə Manukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-general   Qriqoryan   Cinayət  

Erməni generalın zəncirə vurduğu şəxs kimdir? – DETALLAR

2019/06/13990-1560325652.jpg
Oxunub: 433     11:46     14 İyun 2019    