Yaponiya Baş nazirinin İrana səfəri başladı

2019/01/12117-1546839099.jpg
Oxunub: 637     11:07     12 İyun 2019    
Bu gün Yaponiya baş naziri Şindzo Abenin İrana rəsmi səfəri başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya Baş naziri İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei və Prezident Həsən Ruhani ilə görüşəcək.

Abe uçuş ərəfəsində NHK telekanalına verdiyi açıqlamasında, regionda gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətində olduğunu bildirib.

"Yaxın Şərqdəki gərginlik narahatlıq yaradır. Beynəlxalq ictimaiyyətin məsələyə diqqətini nəzərə alaraq, öz gücüm daxilində həmin regionda sülhün və sabitliyin bərpasında rol oynamağa çalışacağam. Yaponiya ilə İran arasında ənənəvi dostluq münasibətlərinə arxalanaraq, ölkəmizlə Prezident Həsən Ruhani və Ali rəhbər Ayətullah Əli Xameneilə gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətindəyəm”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Yaxın-Şərq   İran  

Yaponiya Baş nazirinin İrana səfəri başladı

2019/01/12117-1546839099.jpg
Oxunub: 638     11:07     12 İyun 2019    