Erməni generalın zəncirə vurduğu adam: “Bütün həyatımı məhv etdiyi üçün Qriqoryandan 5 milyon dollar alın”

2019/06/16360-1560321938.jpg
Oxunub: 845     13:42     14 İyun 2019    
Ermənistan parlamentinin sabiq deputatı general Manvel Qriqoryan və onun arvadı Nazik Amilyan haqqında məhkəmə iclası növbəti dəfə təxirə salınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq bir neçə gündür, xəstəxanada saxlanılan müttəhim Qriqoryan məhkəməyə gətirilmir.

Onun vəkili Levon Bağdasaryan məhkəməyə “Surb Qriqor Lusavoriç” tibb mərkəzindən verilən sənədi təqdim edib. Həmin sənəddə göstərilir ki, müttəhim Qriqoryan tibb müəssisəsində müalicə olunur.

Bildirilir ki, o, 24 saat boyunca süni nəfəs altında saxlanılır. Məhkəmə iclasında hakim bildirib ki, Sevan cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Aşot İsaxanyandan ərizə şikayəti daxil olub. Həmin ərizə şikayətində bildirilir ki, İsaxanyan Qriqoryan tərəfindən işgəncəyə məruz qalıb. Qeyd olunur ki, Qriqoryan İsaxanyanı 22 gün müddətində yeraltı saxlancda saxlayıb, işgəncə verərək təhdid edib. O xahiş edib ki, onu zərərçəkən tərəf kimi məhkəməyə dəvət etsinlər.

Eyni zamanda İsaxanyan xahiş edib ki, Qriqoryandan 5 milyon dollar dəyərində dram vəsait tutularaq, onun xeyrinə bütün həyatını məhv etdiyi üçün qərar verilsin. O, məhkəməyə ərizə şikayəti ilə bərabər fotoşəkillər də göndərib. Hakim bildirib ki, ərizəçiyə onun barəsində cinayət materiallarında məlumat olmamasına görə, cavab məktubu göndərmək niyyətindədir. Prokuror isə qeyd edib ki, İsaxanyanın ərizəsi ilə bağlı şikayət ilkin araşdırma mərhələsindədir.

Ermənistan Apelyasiya Məhkəməsində isə Qriqoryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiə tərəfinin şikayətinə baxılıb. Məhkəmədən tələb olunurdu ki, onun azadlığı müqabilində girov miqdarı təyin edilsin. Həbs müddətində Qriqoryanın səhhəti olduqca pisləşib və hazırda vaxtilə onun şəkərinin göstəricisi 7 olsa da, həbsdən sonra bu 27-yə qalxıb.

Prokuror müdafiə tərəfinin iddialarına müdaxilə edərək, Qriqoryanın müalicədən imtina etdiyinə görə, şəkərinin artdığını bildirib. Qriqoryanın vəziyyətinin pisləşməsini eyni zamanda, dərmanları qəbul etməkdən imtina etməsi ilə də izah edilib. Prokuror Qriqoryanın girov müqabilində buraxılmasına da etiraz edib.

Qriqoryanın işi üzrə məhkəmə iclası təxirə salınaraq iyunun 18-nə təyin edilib.

Xatırladaq ki, İsaxanyan bir neçə ay əvvəl bəyan edib ki, Qriqoryan onu 22 gün ərzində zəncirdə saxlayaraq işgəncə verib. Məlumata görə, İsaxanyan əvvəllər bir neçə dəfə mühakimə olunub.

Qriqoryanın vəkili isə bildirib ki, İsaxanyanın şikayət ərizəsi növbəti şounun davamıdır.

Qeyd edək ki, Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, külli miqdarda əmlak ələ keçirməkdə, vergidən yayınmaqda, dövlət əmlakını qəsb etməkdə və külli miqdarda əmlakın ələ keçirilməsini təşkil etməkdə ittiham edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   Cinayət  

Erməni generalın zəncirə vurduğu adam: “Bütün həyatımı məhv etdiyi üçün Qriqoryandan 5 milyon dollar alın”

2019/06/16360-1560321938.jpg
Oxunub: 846     13:42     14 İyun 2019    