Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb - YENİLƏNİB (FOTOLAR)

2019/06/62249-1560323915.jpg
Oxunub: 1528     13:11     12 İyun 2019    
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü keçirilib.

Ordu.az xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, artıq 7-ci dəfədir, bu formatda görüş keçirilir.

Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün bu görüşün keçirilməsini vacib sayıblar. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı təsdiqlənib. Planı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya imzalayıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər öz əksini tapır.

*****

Qəbələdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstan Müdafiə naziri Levan İzoria arasında üçtərəfli görüş keçirilir.

Ordu.az xəbər verir ki, nazirlər arasında ikitərəfli görüş başa çatdıqdan sonra üçtərəfli formatda davam etdiriləcək.

Tədbirin sonunda brifinq keçiriləcək.

******

Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.

Ordu.az xəbər verir ki, nazirlər əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsi önünə və şəhid məzarları önünə gül dəstələri düzüblər.

Sonra hər üç ölkənin müdafiə naziri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Türkiyə-Gürcüstan   MN  

Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb - YENİLƏNİB (FOTOLAR)

2019/06/62249-1560323915.jpg
Oxunub: 1529     13:11     12 İyun 2019    