Meğri hərbi hissəsində baş vermiş hadisə ilə bağlı şübhəlilərin sayı 21-ə çatıb

2019/03/Untit-1553755868.jpg
Oxunub: 718     20:28     13 İyun 2019    
Martın 17-də Ermənistanın Meğri hərbi hissələrindən birində qeydə alınmış hadisə ilə bağlı cinayət işinin ilkin istintaqı nəticəsində 21 nəfərə qarşı ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə erməni saytının yazılı sorğusuna cavab olaraq Ermənistan Baş Prokurorluğundan bildirilib.

Sayt qeyd edir ki, hərbi hissə komandirinin vəzifəsi müvəqqəti dayandırılıb. Cinayət işi çərçivəsində 56 nəfər istintaqa cəlb olunub.

Bu 21 nəfərdən 19-u məcburi hərbi qulluqçu, 2-si (1-i hərbi hissə komandiri, digəri tabor komandiridir) isə zabitdir.

Alay zabitlərinin sözlərinə görə, bu kütləvi aksiyanı təşkil etməkdə şübhəli bilinən hərbi qulluqçular müntəzəm olaraq qanunsuz davranışlar edirdilər. Baş vermiş hadisə ilə bağlı Ermənistan cinayət məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi (hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək) və 375 maddəsinin 1-ci hissəsi (gücdən sui-istifadə, güc tətbiq etmə və ya hakimiyyətin hərəkətsizliyi) ilə cinayət işi açılıb.

Cinayət işi Gorus Regional Hərbi Prokurorluğu tərəfinfən araşdırılır.

Qeyd edək ki, martın 17-də Meğri hərbi hissələrindən birində hərbçilər öz etirazlarını bildirərək özbaşına şəkildə hərbi hissəni tərk ediblər. Bundan sonra bir qrup hərbçi Qafana, oradan isə Xankəndi intizam hərbi hissəsinə yerləşdiriliblər. Daha sonra isə hərbi qulluqçular Xankəndindən cəbhə xəttinə göndəriliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Meğri   Dedovşina   Etiraz  

Meğri hərbi hissəsində baş vermiş hadisə ilə bağlı şübhəlilərin sayı 21-ə çatıb

2019/03/Untit-1553755868.jpg
Oxunub: 721     20:28     13 İyun 2019    