“MN-ə Paşinyan hakimiyyətinin şou niyyətlərinə qapılmamağı tövsiyyə edirəm” - Zakaryan

2018/12/34534-1544017803.jpg
Oxunub: 883     17:41     11 İyun 2019    
“Bu bəyanatın Müdafiə Nazirliyinə yox, yeni hakimiyyətin uzaqgörən olmayan populizm davranışlarından biri olduğuna əminəm”.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının sabiq sədri Artak Zakaryan deyib

Onun sözlərinə görə, Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyanın paylaşımı ölkəmizdə müzakirələrə səbəb olub.

“Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyanın “Facebook” səhifəsində verdiyi açıqlama qonşu ölkədə geniş müzakirələrə və növbəti hərbi çağırışlı bəyanatların verilməsinə səbəb olub. Hovhannisyan öz açıqlamasında qeyd edib ki, Ermənistan Müdafiə naziri Davit Tonoyan rəqibin açdığı atəşdən ölən Sipan Melkonyana görə, cəza fəaliyyətləri üzrə tapşırıqları yüksək keyfiyyətlə həyata keçirən hərbi qulluqçulara mükafat təqdim edib.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi təmas xətti bölgələrindən birində azərbaycanlı hərbi qulluqçu Elşən Xəlilovun ölümü barədə məlumat yayıb. Lakin bu məlumatı erməni tərəfi təkzib edib. Azərbaycan tərəfi isə atəşkəs barədə razılaşmanın birbaşa Paşinyanın təlimatı ilə pozulması və Tonoyanın onun göstərişi olmadan bu cür addım atmağa cürət edə bilməyəcəyini qeyd edir”, - deyə o narahatlığını gizlədə bilməyib.

Zakaryan qeyd edib ki, Azərbaycan tərəfi üçün əməliyyatların həyata keçirilməsi üçün yaxşı fürsət yaranıb və bu barədə artıq Azərbaycan tərəfi açıq-aşkar bəyan edir.

“Ermənistan Müdafiə Nazirliyi cavab tədbirlərinin görülməsi barədə rəsmi məlumat yayaraq, diqqətsizliyə yol verib. Azərbaycan tərəfinin rəsmi açıqlamalarına istinad edərək bildirmək istəyirəm ki, lift razılaşmasının pozulması haqqında məsuliyyəti Ermənistanın üzərinə atmağa əllərində fakt var. Müdafiə Nazirliyinin, fəaliyyətdə olan Ermənistan hakimiyyətinin şou həvəskarı, perspektivsiz niyyətlərinə qapılmamağı tövsiyyə edirəm.

Nə edirsiz düz edirsiniz, yalnız xahiş edirəm ki, soyuqqanlı və ədalətli davranın əlavə emosiyalara və nümayişkarlığa yol verməyin. Bu bəyanatlar münaqişənin sülh yolu ilə həll edilməsi prosesində yeni siyasi maneələrə səbəb ola bilər. Bu bəyanatın Müdafiə Nazirliyinə yox, yeni hakimiyyətin uzaqgörən olmayan populizm davranışlarından biri olduğuna əminəm”, - deyə Ermənistan Müdafiə nazirinin sabiq müavini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“MN-ə Paşinyan hakimiyyətinin şou niyyətlərinə qapılmamağı tövsiyyə edirəm” - Zakaryan

2018/12/34534-1544017803.jpg
Oxunub: 884     17:41     11 İyun 2019    