Ermənistanın sabiq prezidentini kim öldürmək istəyib? – DETALLAR

2019/06/Rober-1560253881.jpg
Oxunub: 1551     16:06     11 İyun 2019    
Ermənistanın Ararat vilayətinin sakini 2001-ci ildə Ermənistan dövlət xadimini öldürməyə hazırlaşıb və bu məqsədlə yaradılmış qrup üzvləri ilə birlikdə müxtəlif partlayıcı maddələr, habelə partlayıcı cihazlar əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Joşovurd” nəşri məlumat yayıb.

Nəşrə görə, sui-qəsd üçün seçilən hədəf Ermənistanın sabiq prezidenti Robert Köçəryan olub.

“Mətbuat bir neçə gün bundan əvvəl yazdı ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində Ararat vilayətinin kəndlərindən birinin sakini S.Stepana qarşı cinayət işi açılıb. Qeyd edilən şəxs 2001-ci ildə Ermənistanda dövlət xadimini öldürməyə hazırlaşıb və bu məqsədlə yaradılmış qrup üzvləri ilə birlikdə müxtəlif partlayıcı maddələr, habelə partlayıcı cihazlar əldə edib.

Həmin hadisə ilə bağlı bəzi detallar bizə gəlib-çatıb. Belə ki, qeyd edilən cinayət işi şəxsən Stepanın bildirişi əsasında açılıb. Yəni, illər sonra o, özü-özünə qarşı ifadə verib.

Lakin ən maraqlısı dövlət xadimi məsələsidir. Belə ki, Ararat vilayətinin sakini onu öldürməyə hazırlaşıb. Cinayət işi isə hələ ki, başa çatmayıb.

Bizdə olan məlumatlara görə, cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarına bildiriş verən şəxs qeyd edib ki, öldürmək istədiyi şəxs Ermənistanın ikinci prezidenti Robert Köçəryan olub və hətta müştərinin adını belə verib”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan   Sui-qəsd  

Ermənistanın sabiq prezidentini kim öldürmək istəyib? – DETALLAR

2019/06/Rober-1560253881.jpg
Oxunub: 1552     16:06     11 İyun 2019    