“Erməni ictimaiyyətinin ordu ilə həmrəy olmaq problemi var” - Qorkisyan

2019/06/l-KlI-1560251592.jpg
Oxunub: 529     15:10     11 İyun 2019    
“Şübhəsiz ki, Ohanyanın dediyi sənədlərlə tanış olacağıq. Əgər toplanmış məlumatlar varsa, bunlarla ilk növbədə tanış olmaq lazımdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İstintaq Komissiyasının üzvü “İşıqlı Ermənistan” fraksiyasının deputatı Qevork Qorkisyan deyib.

Onun sözlərinə görə, rəsmi şəxslərin təminat və satın almalarındakı nöqsanlarından başlayaraq, geosiyasi xəyanətkarlıq fərziyələrinədək hamısı aydınlaşdırılacaq.

“Aprel hərbi əməliyyatları ilə bağlı istintaqa cəlb edilə biləcək birinci və ikinci dərəcəli məsələlərə bölünmə çətindir, bunların sayı həddindən artıq çoxdur. İstintaq gedişatında hansı məsələlərin birinci, hansıların ikinci dərəcəli olduğu məlum olacaq.

Rəsmi şəxslərin təminat və satın almalarındakı nöqsanlardan başlamış, geosiyasi xəyanətkarlıq fərziyələrinədək hamısı aydınlaşdırılacaq. Bütün bu qeyd edilənlər barədə şayiələr dolaşır. Əsas məsələ odur ki, qeyd edilən suallara lazımi cavablar verilsin. İctimaiyyətin bundan xəbərdar olmaq hüququ var. İctimaiyyətin ordu ilə həmrəy olmaq problemi də var. Daha doğrusu həmrəy olmağa yox, etimadı bərpa etməyə və bütün dövlət sisteminin əsgərin, zabitin arxasında durduğuna əmin olmaq problemi var.

Orduda mövcud problemləri başa düşmək lazımdır. Bəlkə heç kimin günahı olmayıb, sistem problemləri olub. Bütün bunların araşdırılmasına ehtiyac var. Komissiyanın məqsədi bu kimi nöqsanların bir daha baş verməməsi üçün əsaslı həll yollarının tapılmasından ibarətdir”, - deyə erməni deputat bildirib.

O, sabiq Müdafiə naziri Seyran Ohanyanın, aprel döyüşləri barədə Ermənistan Müdafiə Nazirliyində dərin araşdırma qoyması barədə bəyanatına gəldikdə isə qeyd edib: “Şübhəsiz ki, Ohanyanın dediyi sənədlərlə tanış olacağıq. Əgər toplanmış məlumatlar varsa, bunlarla ilk növbədə tanış olmaq lazımdır”.

Qorkisyan qeyd edib ki, yaxınlarda komissiyada müzakirə edərək aprel döyüşləri ilə bağlı hansı məlumatların nə dərəcədə ictimailəşdirilməsinin məqsədəuyğun olduğuna dair qərar verəcəklərini bildirib.

“Bizim işimiz ordu ilə bağlıdır. Təbii ki, kifayət qədər məlumat problemi yaranacaq. 2016-cı ilin aprel hadisələrinə görə, yüksək vəzifə tutan şəxslərin komissiyasının iclaslarında iştirak etmək və deputatların suallarını cavablandırmaqdan yayınacaqlarını istisna etmirəm. Lakin əminəm ki, Ermənistan ordusunun problemlərdən uzaq olması baxışına maraqlı olan vəzifəli şəxslər gəlmək istəyəcəklər. Bizim məqsədimiz kimisə cəzalandırmaq olmayacaq. Əvvəlcədən şərtləşmişik ki, nöqsanları aşkar etmək və səhvlərin təkrarlanmasına yol verməmək istiqamətində işləyəcəyik. Həqiqəti araşdırarkən cinayət əməlləri ortaya çıxarsa, bu məlumatlar hüquq mühafizə orqanlarına göndəriləcək. Parlamentin cəza açarları və məqsədi yoxdur”, - deyə Qorkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Erməni ictimaiyyətinin ordu ilə həmrəy olmaq problemi var” - Qorkisyan

2019/06/l-KlI-1560251592.jpg
Oxunub: 532     15:10     11 İyun 2019    