Rus qırıcısı ABŞ və İsveç hərbi təyyarələrini uzaqlaşdırıb

2019/06/567-1560250789.jpg
Oxunub: 589     14:46     11 İyun 2019    
Ötən gün Rusiyaya məxsus Su-27 qırıcı təyyarəsi Baltik dənizi ərazisində Rusiya sərhədlərinə yaxınlaşan ABŞ və İsveçə məxsus RC-135 kəşfiyyat təyyarələrinin qarşısını almaq üçün havaya qalxıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayılıb.

Məlumata görə, iyunun 10-da Baltik dənizinin neytral suları üzərində Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan iki hava hədəfi aşkar edilib.

"Rusiya döyüş təyyarəsinin heyəti hava hədəflərinə təhlükəsiz məsafəyə yaxınlaşaraq, onların ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 və İsveç Hava Qüvvələrinə məxsus “Qolfstrim” kəşfiyyat təyyarələri olduğunu müəyyən edib", - deyə məlumatda bildirilir.

Rus pilotların təyyarələri müəyyən etdikdən sonra onları müşayiət edərək, ölkənin hava məkanını pozmağa mane olduğu da qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rus qırıcısı ABŞ və İsveç hərbi təyyarələrini uzaqlaşdırıb

2019/06/567-1560250789.jpg
Oxunub: 592     14:46     11 İyun 2019    