Qarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?

2019/06/0-=-1560249308.jpg
Oxunub: 1351     14:21     11 İyun 2019    
Bu gün işğal altında olan Qarabağda Ermənistan rəhbərliyinin birbaşa göstərişi əsasında bəzi dəyişilliklər edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağda yerləşən qanunsuz hərbi birləşmənin sabiq komandiri, sonradan Paşinyanın göstərişi əsasında vəzifədən azad edilərək "fövqəladə hallar naziri" təyin edilən Levon Mnatsakanyan "polis rəisi" vəzifəsinə təyin edilib.

Digər bir məlumata görə, son günlər Paşinyan hakimiyyətinə qarşı kəskin bəyanatlar verən "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan vəzifəsindən azad edilib.

Qeyd edək ki, Paşinyana qarşı heç də müsbət fikirdə olmayan Mnatsakanyanın yenidən yüksəldilməsi fonunda, Balasanyanın vəzifədən birdəfəlik azad edilməsi Ermənistan hakimiyyəti ilə qondarma qurum arasında razılaşmanın nəticəsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mnatsakanyan   Balayan  

Qarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?

2019/06/0-=-1560249308.jpg
Oxunub: 1354     14:21     11 İyun 2019    