Erməni generalın qorxulu röyası: “Ərəb” ləqəbli kəşfiyyatçı ilə MÜSAHİBƏ (FOTOLAR)

2019/06/61560-1560242116.jpg
Oxunub: 4493     12:22     13 İyun 2019    
Bu gün düşmənin yalnız diri tutulması üçün dəfələrlə əməliyyat keçirdiyi “Ərəb” ləqəbli kəşfiyyatçıdan söz açacağıq. Ərəb erməni dilini bildiyi, kəşfiyyatın nəzəriyyəsini dərindən öyrənib, səlist tətbiq etdiyi üçün ermənilər onu tuta bilməyiblər.

Ordu.az-ın budəfəki müsahibi erməni generalın qorxulu röyasına çevrilən ehtiyyatda olan kəşfiyyatçımız Rafiq Cəfərovdur.

Cəfərov Rafiq Qənbər oğlu 1955-ci ilin 11 noyabr tarixində Əlibəylidə dünyaya göz açıb. Uşaq vatxdan çevik hərəkətləri və mükəmməl gizlənmək bacarığına malik olub. Hər zaman təsərrüfat işi ilə məşğul olduğu üçün dərisi qara olub. Başında da çalma olduğuna görə ona uşaq vaxtdan “Ərəb” deyiblər. O gündən bu günə bütün kənd onu bu ləqəblə çağırır. “Ərəb”i daha yaxından tanıyaq.

- Salam, Rafiq bəy! Necə oldu ki, döyüşə qatıldınız?

- 1990-cı ildə 20 Yanvar faciəsindən sonra o vaxtı Ali Sovetin sədri Elmira Qafarova əmr verdi ki, könüllü taborlar yaradılsın. Bizim kənddə də onsuz da döyüş gedirdi. Bu əmrdən sonra artıq könüllülər taboru halında birləşdik. Vətənimizin dar günündə mən də silaha sarıldım.

- Niyə məhz kəşfiyyatçı oldunuz?

- Həmin dövrdə döyüşdə, hərəkətlərində və adi sıra yerişində fərqlənənlərdən komandirlər də müəyyən mənada məharətlə istifadə edirdilər. Mən də uşaq vaxtdan cıvrax (cəld) olmuşam. Yeriməklə aram yox idi. Ya qaça-qaça, ya da hoppana-hoppana gəzirdim. Hə bir də məni evdəkilər incidən də elə gizlənirdim ki, tapa bilmirdilər məni. Özü də düz gözlərinin qarşısında gizlənirdim. Özüm çıxmayanadək tapa bilmirdilər. O vaxtdan babamdan erməni dilini öyrənmişdim. Həm də gediş-gəliş də var idi. 11 il də orada işləmişəm. Məişət işlərində işləyirdim. Dillərini də mükəmməl bildiyim üçün istənilən ləhçə ilə danışıram. Elə bu xüsussiyyətlərimə görə məsləhət bildilər ki, kəşfiyyatçı olum. Bu sahədə mən tək hallarda üzbəüz erməni öldürmüşəm. Düşməni həmişə dərinlikdən (düşmən arxasından) verdiyim koordinatlarla kütləvi şəkildə məhv edirdim.

- Bir az da keçirdiyiniz əməliyyatlardan danışın...

- Bilirsənmi gözəl balam, kəşfiyyatçıların da bir andı olur. Biz öyəndiklərimizi, gördüklərimizi və tətbiq etdiklərimizi heç kimə demirik. Bilməlisən ki, hərbidə olduğum müddəti daha çox düşmən arxasında olurdum. Oradan qayıdanda da rabitə vasitələri ilə düşməni dinləyib, komandirlərimizə əməliyyatları və ya planları barədə xəbər edirdim. Düşmən də gəldiyi bütün yollarda qarşılarında bizi görəndə çaşbaş qalırdı.

Hətta bir dəfə Muses tərəfdən əməliyyata keçəndə rabitə ilə çox işlənməyən bir erməni sözü ilə Əlibəylini hədəfə almaq istədilər. Məqsədləri artilleriya ilə vurmaq idi. Mən də bunu komandirlərimə dedim və onların topları çıxan kimi biz onları vurduq. Bundan sonra rabitədə qulaq asırdım. Samvel çığırırdı ki, mollalara (müsəlmanlara) məlumat ötürən kimdirsə dərisini soyacam. Mən də erməni dilində dedim ki, mənəm Samvel “Ərəb”. Ondan sonra o general məni diri tutduracağını və məni tikə-tikə edəcəyini bildirdi.

- Hansı döyüşlərdə iştirak etmisiniz?

- Elə bir döyüş olmayıb ki, orada azından mənim rolum olmasın. Ən azından verdiyim koordinatla düşməni geri oturdurduq. Ağstafa, Qazax və Tovuzun bütün cəbhə kəndlərində döyüşlərimiz olub. Ermənilər Əlibəyliyə Tovuzun açarı gözü ilə baxırdı. Ona görə də əsas hücumları bu istiqamətdə olurdu.

Şiddətli döyüşlərin birindən danışım sizə. Deməli payız idi... Günlərin birində düşmən ruslarla birlikdə Əlibəyliyə dörd– Ayqepar, Quş dağı, Qanlı dərə, Hacallı kəndi istiqamətindən hücuma keçdilər. Onlarda Nerkin Karmirağbyur (Aşağı Qızılbulaq) kəndi var. Biz bir dəstə ilə onların fikrini ora cəmlədik. Elə bildilər ki, biz də onlar tərəfə hücuma keçmişik. Orada yanğınlar törətdik, minaları basdırdıq, iki erməni mayorunu isə məhv etdik. Onlar gələndə də bizim arxadakı qüvvələrimiz qıra-qıra biz tərəfə gəlirdilər. Sonuncu erməni hərbçisini də Qara Su deyilən yüksəklikdə vurduq. Bizə sonra əmr verdilər ki, geri çəkilin erməni kəndini tutmayın. Baxmayaraq ki, ermənilər işğal üçün gəlirdilər...

1993-cü ilin aprelin 16-da Ağstafanın Qələmçə meşəsində, Hacallının üstündə ermənilərin iki tankını “Şilka”, “TŞK” ilə məhv etdik. Həmin döyüşdə mən və indi polis mayoru olan Kamil Quliyev yaralandı. Mən sağ qolumdan o da sifətindən vuruldu. Güllə onun sifətinin sağ tərəfindən girdi, soldan çıxdı. Xoşbəxtlikdən ağız boşluğundan keçdi. Ayqepar istiqamətində də rəhmətlik Fariz şəhid oldu. Rus zabiti ölmüşdü. Fariz dedi ki, qranatı götürüm, sən demə rus zabit can verən anda “zapal”ı çəkib. Fariz götürən kimi partladı. Onu da tankın üstündə gətirdik. Allah rəhmət eləsin. Belə, mən üzbəüz döyüşə çox girmirdim ki, əsir düşməyim. Tapşırığa gedəndə də qabağıma çıxan şəxsin sonuncu gördüyü üz mənim üzüm olurdu.

- Hərbçinin kəşfiyyatçı olmağının üstünlükləri varmı?

- Əlbəttə var... Bir kəşfiyyatçı bir manqadır, ikisi bir taqım, üçü bir bölük, dördü bir tabor, beşi bir hərbi hissə deməkdir. Yəni bir kəşfiyatçı ancaq görməlidir, iz buraxmamalıdır və gördüklərini təyinatı üzrə qeyd etməlidir. Mümkün qədər silahdan və ya səs-küydən uzaq durmalıdır. Bir kəşfiyyatçı bütün silah və texnikadan istifadə edə bilir. Bu da o deməkdir ki, ələ keçirilən düşmən mövqelərində onların özlərinə qarşı döyüşürsən. Kəşfiyyatçı olmaq səbr və səssizlik, gözə görünməzlik tələb edir. İnsanın ürəyi intiqam eşqi ilə alışıb-yanır. Amma sən də tapşırıq yerinə yetirməlisən. Mən hər zaman erməni hərbçisini şəhidlərimizin qisası üçün məhv edirdim.

Rafiq Cəfərovun xidməti dövüründə onun komandirləri olmuş şəxslər də bu gün Ali Baş Komandanın döyüşə əmrini gözləyənlər sırasındadır. Onlardan biri də Şahbaz Nağıyevdir.

- Salam, Şahbaz bəy! Özünüzün və “Ərəbin” keçdiyi döyüş yolundan, xidmətdən danışın.

- Mən, Nağıyev Şahbaz Şəmi oğlu könüllü dəstə yaradıb və düşmənə qarşı döyüşmüşəm. Daha sonra 1992-ci ilin fevralın 1-də əmr gəldi ki, taqım komandiri təyin edilmisən. Mən elə Əlibəylidə, Milli Ordunun nəzdindəki bir bölükdə xidmətə başladım. Akif Fərhadov da komandirim olub. Sonradan “rezerv batalyon” (ehtiyyat bölük) yaradıldı, məni ora göndərdilər. Oradan da məni kənddə yaradılan Hava Hücumundan Müdafiə bölüyünə göndərdilər. Sonra tank əleyhinə batareyaya təyin edildim. Komandirim Sabir İmanov idi. Daha sonra Yusif Ağayev mənim əmrimi 1995-ci ildə kəşfiyyat bölüyünə verdi. Baş leytenant rütbəsi ilə kəşfiyyat komandiri oldum. Danışmaq istəmirəm. Çünki bəzi şeylər var ki, hələ də aça bilmərəm. Onu qeyd edim ki, çox əsir gətirmişəm, düşmənə çox zərbə vurmuşam. Gədəbəydə Başkənd əməliyyatında da iştirak etmişəm. Düşmənə ən böyük zərbəni isə 1993-cü ilin dekabr ayının 29-u Ayqeparda vurduq. Rafiqlə də orada xidmət etmişəm, onun komandiri olmuşam. Rafiq elə bir tapşırıq olmayıb ki, yarıtmasın.

Düşmən bizim silahımızdan yox, kəşfiyyatçılarımızdan qorxurdu. Rafiq də onlardan biri idi. Həmin ərəfədə Rusiyada təhsilini yarımçıq qoyub, bizimlə döyüşlərə qatılan bölük komandiri Etibar Əliyev də olub. Allah ona da can sağlığı versin.

İndi həmin üçlük bu gün də torpaqlarımızın işğaldan azad edildiyi günü görmək üçün yaşayır... Bizim üçün cənab Ali Baş Komandanın yalnız “DÖYÜŞƏ” əmri kifayətdir!

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-müharibəsi   Ərəb  

Erməni generalın qorxulu röyası: “Ərəb” ləqəbli kəşfiyyatçı ilə MÜSAHİBƏ (FOTOLAR)

2019/06/61560-1560242116.jpg
Oxunub: 4494     12:22     13 İyun 2019    