“Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına inanıram” - Zurabişvili

2019/06/zurab-1560239135.jpg
Oxunub: 509     12:03     11 İyun 2019    
“Qərbi Rusiyaya Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı daha çox təzyiq göstərməyə çağırıram”.

Ordu.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Associated Press”ə müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, rəsmi Tbilisinin Avropa İttifaqına inteqrasiyası da paralel rejimdə uğurla nəticələnəcək.

“Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına inanıram. Qərbi Rusiyaya Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı daha çox təzyiq göstərməyə çağırıram. Onlar Rusiya ilə danışıqlar zamanı bu mövzu barədə çox danışmalıdırlar. Gürcüstan məsələsi onların Rusiya ilə bütün görüşlərində gündəlikdə olmalıdır”, - deyə Zurabişvili bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   NATO   Salome-Zurabişvili  

“Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına inanıram” - Zurabişvili

2019/06/zurab-1560239135.jpg
Oxunub: 510     12:03     11 İyun 2019    