“168 Jam”: Paşinyan kəskin tələblə Balasanyanın istefasını istəyir

2019/06/7b610-1560238627.jpg
Oxunub: 1024     11:40     11 İyun 2019    
“Ermənistan Baş naziri Nikol Paşinyan qondarma qurum “rəhbərliyi”nin qarşısına “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanın vəzifəsindən azad edilməsi məsələsini qoyub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168 Jam” nəşri yazıb.

Erməni nəşrinə görə, ötən gün Balasanyan Xankəndinə çağırılıb və ona istefa ərizəsini yazmaq barədə təklif edilib.

“Bu, Ermənistan hakimiyyəti tərəfindən təqdim edilmiş tələb kimi təqdim olunub. Paşinyan planlaşdırdığı kimi, onların hamısının qondarma qurumun “hakimiyyəti” sıralarından azad olunması vəzifəsini öz qarşısına qoyub. Belə ki, bu şəxslər Qarabağda planlaşdırılmış inqilabın həyata keçirilməsi ideologiyasının yerinə yetirilməsinə və ya münaqişənin nizama salınması “proqramına” mane olurlar.

O, komandir heyətinin nüfuzlu və təcrübəli nümayəndələrini hakimiyyətdən uzaqlaşdırmaqla bu prosesə lap öncədən başlayıb. Əslində, Paşinyan belə bir absurd vəziyyət yaratmaqla “təhlükəsizlik xidməti”nin keçmiş rəisi, general-leytenant Arşavir Qaramyanı da istefa verməyə məcbur etdi.

2018-ci ilin noyabrında Balasanyan və digərləri Sasun Mikayelyanın səsləndirdiyi bəyanata kəskin reaksiya veriblər. Həmin vaxtlar xəbər yayıldı ki, Ermənistan hakimiyyəti Qarabağdakı bəzi nümayəndlərin vəzifələrindən azad olunmasını tələb edir. Bəzi nümayəndələr, Paşinyanın komanda yoldaşlarının bəyanatlarına kəskin şəkildə etiraz edən şəxslərdir.

Bu an Balsanyan da “qara siyahı”ya daxil edildi və Ermənistan hakimiyyəti tərəfindən ona qarşı çoxlu sayda addımlar atıldı. Mayın 31-də Balasanyan “Qarabağ uğrunda” ümumilli hərəkatın başlaması haqqında bəyanat səsləndirdi. Bu bəyanat Ermənistan hakimiyyəti tərəfindən ciddi şəkildə mənfi qəbul edildi. Buna baxmayaraq, Balasanyan ictimai rəyin ifadə edilməsinə davam edirdi. O, Qarabağ ətrafında baş verən hadisələri, Ermənistan hakimiyyətinin Qarabağa qarşı münasibətini və Paşinyan tərəfindən aparılan siyasətə qarşı öz mövqeyini gizlətmirdi.

Artıq Paşinyan Balasanyanın istefa verməsini istəyir. Burada sual yaranır, əgər Balasanyan Paşinyanın könüllü istefa istəyini təqdim etməzsə, o zaman Sahakyan necə hərəkət edəcək?... Bizdə olan məlumatlara görə, Balasanyan istefa verməyə hazırlaşmır”, - deyə erməni nəşri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“168 Jam”: Paşinyan kəskin tələblə Balasanyanın istefasını istəyir

2019/06/7b610-1560238627.jpg
Oxunub: 1025     11:40     11 İyun 2019    