Türkiyə parlamenti yeni hərbi sistemi müzakirə edəcək

2019/06/thumb-1560231959.jpg
Oxunub: 463     09:44     11 İyun 2019    
“Bu həftənin ikinci günü - sabah “Yeni Hərbi Sistem” qanun layihəsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq”.

Ordu.az DHA-ya istinadən xəbər verir ki, bunu hakim AK partiyasının təmsilçisi Bülent Turan jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, yeni hərbi qanunvericiliklə bağlı müzakirələr zamanı hər hansı bir dəyişikliyin edilməsi də istisna deyil.

B.Turanın sözlərinə görə, müxalifət partiyaların nümayəndələrinin də birgə iştirakı ilə müzakirəyə çıxarılacaq “Yeni Hərbi Sistem”in həftə sonunadək qəbul ediləcəyi gözlənilir.

O əlavə edib ki, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyə seçkiləri sözügedən qanunla bağlı müzakirələrin aparılmasına, qəbuluna heç bir maneə yaratmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Hərbi-layihə  

Türkiyə parlamenti yeni hərbi sistemi müzakirə edəcək

2019/06/thumb-1560231959.jpg
Oxunub: 466     09:44     11 İyun 2019    