Ermənistan Rusiyadan hansı silahları əldə edə bilər?| Paşinyan 3-cü kreditə hazırlaşır

2019/06/19027-1560164921.jpg
Oxunub: 1843     17:43     10 İyun 2019    
“Rusiya prezidenti ilə görüşündən sonra Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi bəyanatından belə ehtimal etmək olar ki, söhbət yeni Su-30 təyyarələrinin təminatından gedir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Davit Harutyunov deyib.

Onun sözlərinə görə, proqnoz vermək çətin olsa da, niyyətlərin nədən ibarət olduğunu analamaq olar.

“Paşinyanın bəyanatı Su-30 təyyarələrinə aid ola bilər. Çünki bu təyyarələrlə bağlı müqavilə kifayət qədər uzun müddətli və geniş sahəlidir. Ehtimal olunur ki, Ermənistan 4 təyyarə ilə kifayətlənməyəcək. İrəvan hərbi satınalmalar sahəsindəki strategiyasını dəyişir. Əgər keçmişdə əsas diqqət HHM və ön xəttə ayrılırdısa, hazırda bu diqqət HHQ-nin inkişaf etdirilməsinə yönəlir. Bu niyyətin davam edəcəyinə və hər hansı şəkildə helikopter parkının da yenilənməsinə gətirib çıxaracağını ehtimal etmək olar.

Söhbət ya mövcud texnikanın modernləşdirilməsindən, ya da yenilənməsindən gedə bilər. Əgər helikopterlər modernləşdirilməsə, onları dəyişmək zərurəti yaranacaq. Modernləşdirilmənin daha ucuz olmasına baxmayaraq, bu imkanlar məhduddur. Məsələn, Azərbaycanın zərbə helikopterlərinin modernləşdirilməsinin əsas hissəsini Mİ-24-lər təşkil edir”, - deyə erməni hərbi ekspert bildirib.

O qeyd edib ki, rus tərəfi ümumiyyətlə Mi-28 və ya KA-52 olmaqla müxtəlif modifikasiyalı iki əsas variant təklif edir.

“Lakin bütün bunlar hələlik ehtimallar üzərində qurulub. Bu istiqamətdə kadrlara da zərurət var, o cümlədən pilot və qulluq heyətinin də hazırlığı həyata keçirilməlidir. Daha çevik qruplar üçün nəzərdə tutulmuş artilleriyanın inkişafı üçün quru qoşunlarına lazım olan silahlanmalar da istisna edilmir”, - deyə Harutyunov qeyd edib.

Qeyd edək ki, hazırda rəsmi İrəvan Moskva ilə 3-cü kredit müqaviləsinin imzalanması üçün danışıqlar aparır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Silah  

Ermənistan Rusiyadan hansı silahları əldə edə bilər?| Paşinyan 3-cü kreditə hazırlaşır

2019/06/19027-1560164921.jpg
Oxunub: 1846     17:43     10 İyun 2019    