"Döyüş sahəsində intiqam fərdlərə qarşı deyil, torpaqların azad olunmasına köklənməlidir" - BAŞ REDAKTORDAN

2019/06/18952-1560150054.jpg
Oxunub: 5566     10:54     10 İyun 2019    
Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Aqil Omarov şəhid oldu.

Hadisənin Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməsi və KİV-lərdə yayılmasından dərhal sonra Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşməsinin "mətbuat xidmətinin rəhbəri" Senor Hasratyan hadisənin onlar tərəfindən törədildiyini təkzib etdi.

Bir gün sonra, səhər saat 07:30 radələrində Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edildi.

Məlumata görə, Ermənistanın Kotayk vilayətinin Kasax kənd sakini olan Melkonyan ailənin tək oğlu olub.

Kotayk vilayət rəhbəri Romanos Petrosyanın sözlərinə görə, Melkonyan məhz döyüş mövqeyində snayper atəşindən ölüb: "Bizim vilayətin Kasax kənd sakini, ailənin tək oğlu idi. Onun bir tələbə bacısı var, atası da kənd məktəbinin gözətçisidir”.

Dünən isə cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid oldu.

Məlumata görə, o, SVD markalı snayperlə vurulub. Gədəbəy rayonunun İnəkboğan kəndində dəfn edilən şəhid hərbi qulluqçumuz ailənin tək oğul övladı olub və birinci qrup əlil xəstə bacısı var.

Yəni, seçilən hədəflər təsadüfi xarakter daşımır. Snayper, ailənin tək oğul övladı və bir bacı...

Buna baxmayaraq, Qarabağdakı qanunsuz hərbi birləşmənin "mətbuat xidmətinin rəhbəri" Senor Hasratyan daha öncə də olduğu kimi yayılan məlumatları təkzib etdi.

"Bu məlumat reallığı əks etdirmir", - deyə Hasratyan "Sputnik Armenia"ya açıqlamasında bildirdi.

Bundan öncə isə qanunsuz hərbi biləşmənin rəhbərliyi, cəbhə xəttində hər hansı təxribat məqsədli əməliyyatın həyata keçirilmədiyini və atəşkəs rejiminə əməl olunduğunu qeyd edib.

Lakin Ermənistanın Müdafiə naziri Davit Tonoyanın məhv edilmiş Sipan Melkonyanın "intiqamını alan" (rəsmi olaraq bu şəkildə təqdim edilir) hərbi qulluqçulara mükafat təqdim etməsi qismən də olsa hadisənin müəyyən detallarını açmağa imkan verir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhfəsində yazıb.

Tonoyanın erməni hərbi qulluqçuları mükafatlandırması barədə yayılan rəsmi məlumat bizə aşağıdakı nəticələrə gəlmək imkanını verir:

1. Ermənistan rəhbərliyi Qarabağdakı qanunsuz hərbi birləşmənin məlumatını təkzib etməklə yanaşı, hadisənin birbaşa rəsmi İrəvan tərəfindən sifariş edildiyini qəbul edir. Əks halda təltifetməni qondarma qurumun hərbi birləşmə rəhbərliyi edərdi.

2. "Sipan Melkonyanın intiqamını alan" deməklə düşmən hələ də Aqil Omarovun şəhid edilməsi barədə məlumatlarda əlinin olmasını inkar edir və snayperlərin işə qoyulmasını ilk Azərbaycan tərəfinin üzərinə kökləməyə çalışır.

3. Tonoyanın hərbi qulluqçunu deyil, məhz hərbi qulluqçuları təltif etməsi isə düşmənin qrup şəklində fəaliyyət göstərdiyini sübut edir. Və bu, dolayı yolla təlim meydançasında şəhid edilən mayor Aqil Omarovun və əsgər, Elşən Xəlilovun işində eyni qrupun fəaliyyətindən xəbər verir.

Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Qarabağ   Müharibə   Şəhid  

"Döyüş sahəsində intiqam fərdlərə qarşı deyil, torpaqların azad olunmasına köklənməlidir" - BAŞ REDAKTORDAN

2019/06/18952-1560150054.jpg
Oxunub: 5569     10:54     10 İyun 2019    