Tripoli döyüşlərində ölənlərin sayı 650 nəfəri keçib

2019/06/Derna-1560157178.jpg
Oxunub: 799     13:47     10 İyun 2019    
Liviyanın paytaxtı Tripoli ətrafında aprelin 4-dən bugünədək gedən silahlı toqquşmalarda azı 653 nəfər ölüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatının Liviya nümayəndəliyi “Twitter” səhifəsində yayıb.

Məlumatda qeyd olunur ki, konflikt nəticəsində ölənlərin sayı 653 nəfərdir.

“Liviyanın paytaxtı Tripolidə davam edən konflikt nəticəsində ölənlərin sayı 653 nəfərdir. Onlardan 41 nəfəri dinc sakindir. 3547 nəfər, eləcə də 126 dinc sakin bu toqquşmalarda yaralanıb”, - deyə təşkilatın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, son bir həftədə xəsarət alanların arasında üç tibb işçisi də var.

Xatırladaq ki, bundan əvvəl təşkilat 607 nəfərin öldüyünü, 3200-dən çox insanın yaralandığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Twitter   Dünya-Səhiyyə-Təşkilatı   Liviya   Tripoli  

Tripoli döyüşlərində ölənlərin sayı 650 nəfəri keçib

2019/06/Derna-1560157178.jpg
Oxunub: 802     13:47     10 İyun 2019    