Armen Sarkisyanın oğlanları hərbi xidmətdən yayınıblar: Ucuz vətənpərvərlik mərasimi...

2019/06/07fd8-1559905534.jpg
Oxunub: 640     16:15     10 İyun 2019    
Bir neçə ay əvvəl Ermənistan prezidenti Armen Sarkisyan arvadı Nune Sarkisyanla birlikdə Gümrüdə Vardan Acemyan adına dram teatrın “arxa cəbhədə toy” tamaşasını izləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə yayılan məlumatla yerləşdirilmiş foto çoxlarını kədərləndirib.

Xüsusilə hərbi geyimdə olan gənc aktyorun alnından öpdüyü halda çəkilmiş fotoşəkil insanların hisslərinə toxunub. Ermənistan prezidenti bu yolla erməni əsgərinə və milli orduya qarşı öz məhəbbətini büruzə vermək istəyib.

Əlbəttə bütün bunlar o halda gülməli olmaya bilərdi ki, o doğrudan da öz həyat fəaliyyəti ilə vətənsevər, vətənpərvər rəhbər nümunəsi olardı. Armen Sarkisyan bu yolla həmin tamaşadakı aktyorlar kimi saxta rol oynayır. Bu saxtakarlıq onun həyatından bir səhnədir. Vətənpərvərlik rolu oynayan Armen Sarkisyanın hər iki oğlu Silahlı Qüvələrdə hərbi xidmət keçməyib.

Bundan əlavə o, səfir işlədiyi illər ərzində hökumətin qərarı ilə oğlanlarının hərbi xidmətdən dəfələrlə möhlət alması üçün əlaqələrindən faydalanıb, sonda isə oğlanlarına Britaniya vətəndaşlığı almaqla onları hərbi xidmətdən birdəfəlik azad edib.

Yeri gəlmişkən erməni KİV-ləri səlahiyyətli orqanlara rəsmi sorğu göndərsə də, onlar Armen Sarkisyanın oğlanlarının hansı əsasla hərbi xidmətdən möhlət aldıqlarını öyrənə bilməyiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sarkisyan  

Armen Sarkisyanın oğlanları hərbi xidmətdən yayınıblar: Ucuz vətənpərvərlik mərasimi...

2019/06/07fd8-1559905534.jpg
Oxunub: 641     16:15     10 İyun 2019    