60 yaşlı nazir, xidmət yoluna qısa nəzər, hamıya pay düşən rəğbət

2019/06/121-1559807878.jpg
Oxunub: 4317     12:33     06 İyun 2019    
Zakir Həsənov... Bu adın sahibini respublikada ancaq dili söz tutmayan balaca uşaqlar tanımır. “Erməni bizim düşmənimizdir” fikrini ifadə edən hər kəs general-polkovnik Zakir Həsənovun adını rəğbətlə çəkir. Ən azından ona görə ki, müasir Azərbaycan tarixinin şanlı müharibə səhifələri -Talış və Lələtəpə yüksəklikləri, eləcə də Naxçıvan istiqamətində Günnüt əməliyyatlarında qazanılan uğurlar onun Müdafiə naziri vəzifəsini daşıdığı dövrdə yazılıb.

Ali Baş Komandan İlham Əliyevin etimad və və etibarını bacarıqlı ali zabit olaraq doğrulda bilən Zakir Həsənov ordu quruculuğu işində prezidentin apardığı siyasətin ən fəal və sadiq tərəfdaşı olduğunu da isbat edib.

QISA ARAYIŞ: Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.

1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi bitirib.
1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.
1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər nazirinin müavini–Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı daxil olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə “Sərhəddə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 11.03.2008-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 05.06.2019-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və “general-polkovnik” hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Ordu quruculuğu

2003-cü ilin yanvar ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Zakir Həsənov Daxili İşlər nazirinin müavini-Daxil Qoşunların komandanı vəzifəsinə təyin edildikdən sonra bu qoşun növündə təkmilləşmə, nizam-intizam, xidmət keçmə şəraiti yüksək səviyyəyə çatdırılır. Daxili qoşunların maddi-texniki təchizatının yenilənmə, müasirləşdirmə prosesi sürətlənir. Hərbi hissələrinin kazarma şəraiti, hərbi qulluqçuların sosial vəziyyəti, zabit və gizirlərin evlə təmin edilməsi işi müntəzəm olaraq diqqət mərkəzində saxlanır, həllini tapırdı. Bununla yanaşı, daxili qoşunlarda xidmət aparma prinsipləri dəmir intizam həddinə çatdırılır, baş verən hərbi cinayətlərin sayı, qanunsuz əməllərin yol verilmə səviyyəsi sıfıra endirilir.

Bu cür idaretmə prinsipi Zakir Həsənovun 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Ali Baş Komandanı tərəfindən ölkənin Müdafiə naziri postuna təyin edilməsindən sonra Azərbaycan ordusunda tətbiq edilməyə başladı. Nazir vəzifəsinin icrasına başladığı gündən bir müddət sonra onun cəbhə bölgələrində yerləşən hərbi hissələrə səfərlərinin şahidi olduq. İlk olaraq, döyüş növbətçiliyini düşmənlə təmas xəttində aparan hərbi hissələrin yenidən qurulmasına, əsgər və zabitlərin yaşayış şəraitinin yüksək şəraitlə təmin edilməsinə start verildi. Daha sonra isə bu proses Azərbaycan Ordusunun bütün hərbi hissələrində müşahidə edilməyə başladı. Artıq Azərbaycan Ordusunun bütün hərbi hissələrinin kazarma şəraiti ən müasir standartlara cavab verə bilir.

Cəbhə bölgələrində xidmət aparan hərbi birləşmələrin bölmələri də müasir modul tipli kazarmalarla təchiz edilib. Hansı ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərə dislokasiya zamanı bu kazarmaları asanlıqla köçürüb qısa müddət ərzində yenidən tikmək mümkündür.

Şəhidə münasibət

Müharibə davam edir. Zakir Həsənov cəbhənin bir tərəfində dayanan ordunun rəhbəri kimi, Vətən keşiyində şəhid olan Azərbaycan hərbiçisinə şərəflə təzim etməsi ilə də yadda qalır. Döyüşdə həlak olan əsgər, gizir və zabitlərin ölümünə dərhal reaksiya verir, onların xidmətinin layiqincə qiymətləndirilməsi üçün tədbir görür, bu işi nəzarətdə saxlayır. Məhz, onun nazir olduğu illərdə şəhid olan Azərbaycan hərbiçilərinin dəfn mərasimlərində Müdafiə Nazirliyi xüsusi olaraq iştirak edir, şəhidə və onun ailəsinə ən yüksək şəkildə ehtiram göstərilir.

İdarəetmə

Zakir Həsənovun bütün xidməti dövründə qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini onun tərcümeyi-halına nəzər yetirəndə aydın şəkildə görmək mümkündür. Bir zabit kimi o, özünün idarəetmə prinsipləri ilə həmişə yenilikçi, quruculuq işində müasir tələblərlə ayaqlaşmağa nail olan, rəhbərlik etdiyi qurum və ya strukturun qısa müddətdə ən yüksək mərhələyə çatdıra bilən zabit kimi xarakterizə olunur. Ən azından, nazir postunda xidmət apardığı 6 il ərzində Azərbaycan Ordusunda görülən işləri təhlil etsək, görərik ki, bu zaman kəsiyində onun həyata keçirdiyi işlərin reallaşdırılması heç də asan başa gəlməyib. Bunun üçün dayanmadan çalışmaq, ötkəm zabit xarizması, ciddi qətiyyət tələb olunur. Bütün bu keyfiyyətlərin daşıyıcısı ola bilmək Zakir Həsənovun general kimi uğurlara imza ata bilməsinə kömək edib.

Silahlanma

General-polkovnik Zakir Həsənovun Müdafiə naziri təyin edildiyi tarixdən bu yana Azərbaycan Ordusunun silahlanması işində əsaslı dönüş yaranır. Ordunun döyüş imkanlarının genişləndirilməsi üçün ən müasir silah və sursatların alınması, döyüş texnikalarının əldə edilməsinə start verilir. Azərbaycan Hərbi Hava qüvvələrinin arsenalı təzələnir, yeni döyüş təyyarələri və heikopterlər alınır. Hava Hücumundan Müdafiə sistemləri müasirləşdirilir. Məhz, bu xidmətin nəticəsi idi ki, aprel hadisələri zamanı təxribatçı Ermənistan Ordusu qısa müddət ərzində nakaut vəziyyətinə salındı. Proses bu gün də davam etdirilir.

Hərbi təhsil

Son illər ərzində Azərbaycan Ordusunda gənc zabit və gizirlərin bilik və bacarığının, peşəkarlığının artırılması işi də xüsusi diqqət mərkəzində saxlanır. Azərbaycan Ali Hərbi məktəbləri ilə yanaşı zabit və gizirlərin, kursantların dünya şöhrətli hərbi məktəblərdə təhsil alması üçün lazımi tədbirlər görülür. Hərbiçi kadrların döyüş, hərbi tibb sahəsi, inzibatçılıq, arxa cəbhə üzrə idarəetmə bacarıqları təkmilləşdirilir, püxtələşmiş zabit və gizir heyəti yetişdirilir. Müxtəlif təhsil ocaqlarında mükəmməl hesab edilən tədris sitemlərini müfəvvəqiyyətlə başa vuran hərbi qulluqçular Müdafiə Nazirliyinin ən aparıcı strukturlarında irəli çəkilir, onlara yüksək etimad göstərilir. Bir sözlə, hərbi təhsil sistemindəki yeniliklər vasitəsi ilə Azərbaycan Ordusunun yüksək vəzifəli qulluqçularının sıraları nəzərə çarpacaq şəkildə gəncləşdirilib.

Hərbi-diplomatik əlaqələr

Ölkənin xarici siyasətinin əsas hissələrindən biri də hərbi-diplomatik əlaqələr, beynəlxalq hərbi təşkilatlarla münasibətlərin düzgün qurulmasıdır. Zakir Həsənovun Müdafiə Nazirliyinə rəhbərlik etdiyi müddət ərzində bu qrafalarda da kifayət qədər uğurdan bəhs etməyə dəyər. Konkret faktlarla ifadə eləsək, son illər istər regionda, istərsə də dünyanın başqa-başqa dövlətlərinin orduları ilə əməkdaşlığa diqqət çəkə bilərik. İstər NATO, istərsə də digər hərbi-diplomatik təşkilatlarla geniş əlaqələrin qurulması, beynəlxalq səviyyəli hərbi təlimlərdə Azərbaycanın iştirakı, müharibə zonalarında beynəlxalq hərbi təşkilatları təmsil etmək, sülhməramlı missiyalarda yardımçı olmaq kimi işlərdə də Azərbaycanın adı fəxrlə çəkilir.

Dövlət bayrağına sevgi

Müdafiə naziri Zakir Həsənovun xüsusi bir keyfiyyəti var ki, o, həmişə Azərbaycan vətəndaşları ilə yanaşı beynəlxalq səviyyəli görüşlərdə qarşılaşdığı yüksək vəzifəli adamlar tərəfindən də rəğbətlə qarşılanır, ehtiramla qiymətləndirilir. Bu, onun bütün beynəlxalq tədbirlərdə rəsmi təqdimatlar zamanı Azərbaycan bayrağına münasibətidir. General-polkovnik Zakir Həsənov bütün görüşlərdə rəsmi fotoşəkil çəkdirmək məqamında elə mövqe tutur ki, Azərbaycanın Dövlət Bayrağının qarşısını kəsmir və üçrəngli qürur mənbəyimiz şəkillərdə bütöv düşür.

Sıravi vətəndaşa qayğı

Cəbhə bölgələrinə səfərləri əsnasında Zakir Həsənovun cəbhəyanı kəndlərə səfəri insanların dövlətə, onun rəhbərinə, öz ordusuna rəğbətini, inamını, güvənini bir daha möhkəmləndirir. Əlamətdar təqvimlərdə hərbi hissələrdə açıq qapı günlərinin təşkili, həmin vaxt olduğu hərbi hissədə valideynlərlə görüşü, insanları dinləmək, onlarla sadə bir tərzdə ünsiyyəti nazir Zakir Həsənovun timsalında Azərbaycan Ordusunun simasını ortaya qoyur. Deməli, öz vətəndaşına belə möhkəm bağlı olan ordu, həm də döyüşdə öz xalqına güvənib sarsılmayan döyüşçüdür.

Zakir Həsənov və media

Müdafiə naziri vəzifəsinin icrasına başladığı ilk vaxtdan Müdafiə Nazirliyi ilə ölkənin Kütləfi İnformasiya Vasitələri arasındakı münasibətin forması da dəyişməyə başladı. Yerli mətbuat orqanlarının əvvəlki ordu rəhbərliyinə əsəbi davranış tərzi işgüzar əməkdaşlıq sferasına yönəldi. Bununla yanaşı, jurnalistlər tədricən ordu haqda daha peşəkar mövqe nümayiş etdirməklə yanaşı, həm də hərbi xəbərlərin yayılmasında nazirliyin mövqeyini də işıqlandırmağa meylli oldular. Müharibə şəritinə uyğun olaraq, hərbi xarakterli məlumatların yayılmasında redaksiyalar və müəlliflər özlərindən çox Müdafiə Nazirlyinin peşəkar mövqeyini üstün tutmağa maraq göstərdi. Təbii ki, bu da Zakir Həsənovun rəhbərliyi altında nazirliyin ölkə mətbuatı ilə işgüzar mühit yarada bilməsinin nəticəsi idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-naziri   Zakir-Həsənov   Doğum-günü  

60 yaşlı nazir, xidmət yoluna qısa nəzər, hamıya pay düşən rəğbət

2019/06/121-1559807878.jpg
Oxunub: 4318     12:33     06 İyun 2019    