Türkiyə sənayesi döyüş lazeri yaratma sahəsində uğurla irəliləyir - TÜMOL lazer silahı (EKSPERT)

2019/09/D6xcT-1567413380.jpg
Oxunub: 1986     12:38     02 Sentyabr 2019    
Digər inkişaf etmiş ölkələr kimi, Türkiyə də döyüş lazeri hazırlamaq üçün bəzi layihələr həyata keçirir. Türkiyə sənayesi son zamanlar əsasən terror təşkilatları ilə mübarizədə xarici asılılığını minimuma endirmək istiqamətində layihələrə üstülük verir. Nəzərə alsaq ki, TSQ daha çox terror qruplaşmalarının fəaliyyətindən, xüsusilə pusqu və minalardan ziyan çəkir, o zaman atıcı silahlara quraşdırılan lazer silahlarının əhəmiyyəti hər kəsə aydın olar.

Lazer nədir

Lazer ilk dəfə 1960-cı ildə ictimaiyyətə nümayiş etdirilən kimi eksperlər onu "ölüm şüası" adlandırdılar. O vaxtdan bəri lazer silahlarının inkişafı davam etdirilir. Bu sahədə əsasən SSRİ və ABŞ alimləri ciddi məşğul olurdular. Soyuq müharibənin başa çatmasından sonra, amerikalılar sərf edilən böyük məbləğlərə baxmayaraq, döyüş lazerinə aid layihələrini bağlamadılar. Hazırda isə ABŞ və Rusiyadan başqa İsrail, Çin, Hindistan, Türkiyə, Almaniya, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya bu istiqamətlərdə fəaliyyətlərini davam etdirirlər.

Lazer silahları məhvedici faktor olaraq lazer şüasından istifadə edən hücum və ya müdafiə silahlarının bir növüdür. Bu gün "lazer" sözünü hamı işlədir, lakin əslində bu abbreviaturadır, yəni "Light Amplification by Stimulated Emission Radiation" (məcburi şüalanma nəticəsində işığın gücləndirilməsi) ifadəsinin baş hərflərindən ibarətdir.

Alimlər müxtəlif növ enerji (elektrik, günəş, istilik, kimyəvi və s.) növlərini dar istiqamətdə yönələn şüalara çevirən optik kvant generatorunu lazer adlandırırlar. XX əsrin ən böyük fiziki olan, yetişdirdiyimiz saqqallı gənclərimizin əksər hissəsinin ən çox istehza etdiyi Albert Eynşteyn lazer nəzəriyyəsini öyrənən ilk alim hesab edilir. 1920-ci illərin sonlarında lazer şüalarının təcrübədə əldə edilməsi lazer nəzəriyyəsinin öz təsdiqini tapmasına səbəb oldu.

Lazer qaz, bərk və ya maye halında aktiv mühitdə enerji mənbəyi mövcud olan aynalar sistemindən ibarətdir.

Lazer elm və texnologiyanın müxtəlif sahələrində tətbiq edilir. Mağazalarda marka və barkod oxuma sistemləri, kompakt diskli pleyerlər və dəqiq məsafə təyin edən cihazlar, qoloqrafiya - bütün bunlar "lazer" adlanan bu gözəl ixtiranın sayəsindədir. Bundan əlavə, lazerdən sənaye (kəsmə, lehimləmə, oyma), tibbdə (cərrahiyyə, kosmetologiya), naviqasiya, metrologiya və ultra dəqiq ölçü cihazlarının yaradılmasında geniş istifadə olunur.

Lazer hərbi sahədə də kifayət qədər geniş istifadə edilir. Lazer əsasən RLS-lər, tuşlanma, naviqasiya və rabitədə tətbiq edilir. Artıq düşmən aviasiyasını, optik cihazlarını və nişangah sistemlərini sıradan çıxaran texnoloji cəhətdən mürəkkəb lazer silahları yaradılır. On il əvvəl düşmən təyyarələrini və ya tanklarını "ölüm şüaları ilə yandırmaq" fantastika hesab edilirdisə, artıq bu gün bütün bunlar reallığa çevrilib.

Lazer silahların inkişafı ilə bağlı bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə işlər çox fəal surətdə davam etdirilir və hər il bu sahəyə milyardlarla dollar sərf olunur.

Lazerin üstünlükləri

Ənənəvi silah sistemləri ilə müqayisədə döyüş lazerlərinin üstünlükləri aşağıdakılardır:

- Yüksək sürət və məhvetmə dəqiqliyi;
- Şüanın işıq sürəti ilə hərəkət etməsi və demək olar ki, dərhal hədəfə çatması;
- Hədəfin məhv edilməsinin saniyə ərzində baş verməsi, atəşin başqa hədəfə keçirilməsinə minimum zaman tələb olunması;
- Şüaların ətrafdakı elementlərə və obyektlərə təsir etmədən, yalnız yönəldildiyi sahəyə tam təsir göstərməsi.

Lazer şüası, raket əleyhinə və zenit raketlərindən fərqli olaraq manevr edən hədəfləri də ələ keçirməyə qadirdir. Lazerin sürətindən yayınmaq faktiki olaraq mümkün deyil.

Lazerdən yalnız məhvetmə üçün deyil, həmçinin hədəfi "kor etmək" və ya aşkarlamaq üçün də istifadə edilə bilər. Lazer gücünün nizamlanması yolu ilə xəbərdarlıq etməkdən tutmuş, ciddi xəsarət yetirməyə qədər hədəfə çox geniş bir sahədə təsir göstərmək mümkündür.

Lazer şüasının kütləsi yoxdur, buna görə atəş açarkən küləyin istiqamətini və gücünü nəzərə almağa, ballistik düzəlişlər etməyə gərək qalmır.

Geri təpməyə malik olmayan lazer qurğusundan atəş zamanı tüstü, atəş və ya güclü səs kimi maskalanmanı pozan amillər müşayiət edilmir.

Lazer sursatlarının döyüş dəsti yalnız enerji qaynağı gücü ilə müəyyənləşdirilir. Lazer mənbəyə bağlı olduğu müddət ərzində onun "mərmiləri" heç vaxt tükənmir. Sursatlar qismən daha sərfəli qiymətə başa gəlir.

Lazerin çatışmazlıqları

Lazerin bəzi ciddi çatışmazlıqları da mövcuddur. Bəzi ölkələrin bu sistemləri hələlik silahlanmaya qəbul etməməsinin səbəbləri aşağıdakılar ola bilər:

Səpələnmə. Refraksiya nəticəsində lazer şüası atmosferdə genişlənir və öz fokusunu itirir. 250 km məsafədə lazer şüası 0,3-0,5 m diametrə təsir göstərir ki, bu da müvafiq olaraq lazerin temperaturunun və hədəf üçün zərərsizləşdirilmə ehtimalının kəskin şəkildə azalmasına səbəb olur. Duman, tüstü və ya yağış lazerə daha pis təsir göstərir. Buna görə uzaqmənzilli lazerlərin yaradılması hələ mümkün deyil.

Üfüq arxası hədəflərə atəş açmaq mümkün deyil. Lazer şüaları mükəmməl bir düz xəttdir, yalnız görünən bir hədəfə atəş açıla bilər. Metalın buxarlanması lazerin təsir gücünü zəiflədir və enerji istehlakı yüksəkdir.

Yuxarıda qeyd edildiyi kimi, lazer sistemlərinin F.İ.Ə-si kiçikdir, uzaq məsafədə yerləşən hədəfə təsir edə biləcək bir silah yaratmaq üçün bir çox güclü enerji lazımdır. Bu əsas çatışmazlıq hesab oluna bilər. Yalnız son illərdə nisbətən qəbul edilə bilən ölçüyə və gücə malik lazer sistemlərini yaratmaq mümkün olub.

Lazerdən qorumaq asandır. Belə ki, lazer şüalarından qorunmaq üçün güzgü səthdən istifadə etmək kifayətdir. İstənilən güzgü, güc səviyyəsindən asılı olmayaraq lazer şüalarını əks etdirir.

Döyüş lazerinin pionerləri

SSRİ/Rusiya

Döyüş təyinatlı lazer silahların yaradılmasına keçən ilin 50-cı illərindən başlanılıb. Hərbçiləri əsasən raket əleyhinə və hava hücumundan müdafiə vasitəsi olaraq lazerlərdən istifadə maraqlandırırdı. Bu sahədə ən məşhur layihələr sırasında SSRİ-nin "Terra" və "Omega" layihələri yer alırdı. Sovet döyüş lazerlərinin sınaqları Qazaxıstanın Sarı-Şaqan poliqonunda keçirilirdi.

ABŞ sovet balistik raketləri və nüvə bloklarının məhv edilməsi üçün əsas vasitə kimi yerə yaxın orbitdə lazer silahlarını yerləşdirməyi düşünürdü. Sovet İttifaqı da bu çağırışa cavab verməyə borclu idi. SSRİ-nin layihəsi ABŞ-ın sovet raketlərinin nüvə başlıqlarını müxtəlif uçuş mərhələlərində məhv etmək üçün həyata keçirilən fəaliyyətlərə cavab vermək məqsədi daşıyırdı.

1987-ci il mayın 15-də ABŞ-ın raket əleyhinə müdafiə sisteminə daxil olan peykləri məhv etmək üçün nəzərdə tutulan "Skif" döyüş lazer stansiyasını orbitə göndərmək üçün "Enerji" raketinin ilk buraxılışı keçirildi. Lakin "Enerji" raketindən ayrıldıqdan dərhal sonra "Skif" idarəetməni itirərək Sakit Okeanın sularına qərq oldu. Qısa müddət sonra isə SSRİ süqut etdi və bu fəaliyyətlər dayandırıldı. Sonradan isə Rusiya bu layihələri qismən bərpa etdi və fəaliyyətlərin ciddi nəticəsi barədə yalnız 2018-ci ildə məlumat verildi.

ABŞ

Yüksək enerji ilə qidalanan lazer sistemləri əsasən ABŞ-da inkişaf etdirilir. HEL-MD (High Energy Laser Mobile Demonstrator) lazer silah sistemləri yeni hərbi texnologiyalar sahəsində tədqiqatların və kəşflərin "qaynar" istiqamətidir.

"Lockheed Martin", "Rheinmetall", "Northrop Grumman" və "Boeing" kimi tanınmış şirkətlər lazer silahı sahəsində araşdırma və tədqiqatlarla məşğul olur. Bu şirkətlərin son zamanlarda ən uğurlu ixtirası mobil lazer qurğusu olan HEL-MD (High Energy Laser Mobile Demonstrator) hesab olunur.

2011-ci ilin noyabrın 18-dən dekabrın 10-a qədər davam edən ilkin sınaq zamanı HEL-MD lazer qurğusu uğurlu nəticələr göstərərək, havada hərəkətdə olan hədəfləri (bir neçə PUA və artilleriya mərmilərinin 90%-ni) uğurla məhv etdi.

2017-ci ilin martında "Lockheed Martin" şirkəti layihə gücü 60 kilovatt olan döyüş lazerini sınaqdan keçirdi. Sınaq zamanı, qurğunun ölçülən lazer şüasının gücü 58 kilovata bərəbər oldu. Bu sınaq ABŞ ordusu ilə bağlanılan müqavilə üzrə keçirilən sınaqların sonuncusu hesab edilir. Bu sınaqlar zamanı tətbiq olunan yeni texnologiya lazerin enerji israfını 50% azaltmağa imkan verdi.

Türkiyə

MPT üçün TÜMOL

Bu il yayılan rəsmi məlumata görə, Türkiyənin Elmi və Texniki Tədqiqat Şurasının (TÜBİTAK) və BİLGEM şirkətinin mütəxəssisləri yeni TÜMOL lazer qurğusunu hazırlayıblar. Bu qurğu Türkiyə Müdafiə Sənayesi İdarəsinin sifarişi ilə istehsal edilən milli MPT-76 tüfənglərində quraşdırıla biləcək. TÜMOL-dan başqa Yüksək Güçlü Lazer Teleskopu (YGLT), avtomobilə quraşdırlan ARMOL lazer silahı da İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-2019 çərçivəsində ziyatətçilərə ilk dəfə təqdim edildi. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən sərgidə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğana lazer silahlarının üstünlükləri barədə məlumat verildi.

Optika, elektronika ve fizika mühəndislərinin hazırladıqları silahın standart versiyası 300 vattdan 5 kilovatta qədər gücə malikdir. MPT-76 tüfənglərinə quraşdırılan TÜMOL hədəfini 150 metr məsafədə tam neytrallaşdırır, 250 metrədək məsafədə isə bir çox ciddi itkilərə səbəb olur. Münasib və əlverişli hava şəraitində silah 1 kilometr məsafədə də hədəfə zərər verə bilər.

TÜMOL əldə hazırlanan partlayıcılardan gəmilərə və PUA-lara qədər geniş bir hədəf diapazonuna qarşı ciddi təsir gücünə malikdir. TÜMOL qurğusunun lazer şüası yalnız infraqırmızı optik nişangahla mümkündür, bu isə düşmən üçün ciddi təhdid yaradır.

TÜMOL patlayan və ya atəş açan bir silah deyil. Silahın iş prinsipi elektrik cərəyanını lazer şüasına çevirməkdən ibarətdir. Qidalanma mənbəyi əsgərin arxasında daşıdığı çantada yerləşdirilir. Səssizdir, qısa məsafələrdə daha ciddi təsirə malikdir. Nəticədə, təxminən 5 il bu sahədə aparılan araşdırmalar, cəmi 3 ay ərzində yeni lazer sisteminin hazırlanmasına səbəb oldu.

TÜMOL-un 22 mm-lik polad zirehi 500 metr məsafədən dəlməsinə aid videoçarx, onun gücünün 20 kVt qədər artırıldığını ehtimal etməyə əsas verir. Bu isə yüngül zirehli vasitələrin, suüstü və sualtı gəmilərin polad korpusunu əritmək üçün kifayətdir. 20 kilovatt gücü, 4 ədəd 5 kilovattlıq qida mənbəyini paralel birləşdirməklə əldə etmək mümkündür, lakin bu zaman onun daşınan deyil sabit platformada yerləşdirilən versiyasından söhbət getməlidir. Buna baxmayaraq, açıq mənbələrdə bu barədə məlumatlara rast gəlinmir. 20 kilovatlıq lazer qurğusunun KOBRA avtomobilinə quraşdırlan ARMOL layihəsində tətbiq edildiyi ehtimal edilir.

Xatırladaq ki, Türkiyənin lazer silahı ilə əlaqədar layihə həyata keçirən yalnız BİLGEM şirkəti deyil. 2018-ci ilin iyun ayında ASELSAN şirkəti LSS "Laser Defense System" (Lazer Müdafiə Sistemi) adlanan lazer qurğusunu ictimaiyyətə təqdim etmişdi. Bu qurğu da kiçik dronları məhv etmək və minaları zərərsizləşdirmək üçün nəzərdə tutulur.

ASELSAN-dan LSS

LSS-in qurğusu 500 m məsafədə hava hədəflərini və 200 m məsafədə yerüstü hədəfləri məhv edə bilir. Yerli istehsal olan zirehli vasitələrin qülləsinə yerləşdirilən lazer silahının gəmilərdə tətbiqi və ya sabit obyektlərin mühafizəsində istifadəsi də mümkündür.

Bu tip silahlar digər dövlətlərin də sənaye şirkətləri tərəfindən istehsal edilir. 2019-cu ilin fevral ayında Çin alimləri də mikrodalğaların köməyi ilə böyük ağrılara səbəb olsa da, insanı öldürməyən (qeyri-letal) silahlar sistemini inkişaf etdiklərini bildirdilər. Çinli elm adamlarının şərhlərinə görə, Pekinin Radioölçmələr İnstitutunda hazırlanan lazer silahı mikrodalğalar vasitəsilə hədəfi təsirsiz hala gətirir, dərialtı sinirləri iflic edir və düşməndə dözülməz ağrı hissinin yaranmasına səbəb olur.

Qeyd edək ki, Donbasda seperatçılar tərəfindən ukraynalı şəxsi heyətin görmə imkanlarına zərər gətirən, bəzən isə onları görmədən təmamilə məhrum edən lazer silahından istifadə faktlarına rast gəlinib.

Xatırladım ki, belə bir sistemlər 2016-cı ildən sonra işğalçı Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən bölmələrinin də silahlanmasında mövcuddur. Tək bu səbəb, yerli müdafiə sənayesi şirkətlərinin artıq lazer silahları ilə mübarizə aparmaq üçün kiçik qabarit və kütləyə malik avadanlıqların hazırlanmasına başlamasına imkan verir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tümol   Lazer-silahı  

Türkiyə sənayesi döyüş lazeri yaratma sahəsində uğurla irəliləyir - TÜMOL lazer silahı (EKSPERT)

2019/09/D6xcT-1567413380.jpg
Oxunub: 1987     12:38     02 Sentyabr 2019    