Türkiyə S-400-lərini Aralıq dənizində yerləşdirəcək? - FOTO

2019/05/mmm15-1559303545.jpg
Oxunub: 774     21:51     31 May 2019    
Türkiyənin Rusiyadan alacağı S-400 sistemini Aralıq dənizində yerləşdirəcəyi bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ankara S-400 sistemlərindən Aralıq dənizindəki təbii qaz rəqabətində "kart" kimi istifadə etmək istəyir.

Qeyd edək ki, Şərqi Aralıq dənizində böyük miqdarda təbii qaz ehtiyatı var və Kiprdə yerləşən bu ehtiyatlar isə regionda böyük gərginliyə səbəb olur.

Hazırda "Total", ENI, BP və "Shell", o cümlədən bir çox beynəlxalq enerji şirkətləri Kiprin cənub hissəsində İsrail-Misir-Kipr-Yunanıstan müqaviləsi əsasında fəaliyyət göstərir.

Türkiyə də Kiprdə mübahisəli bölgələrdə təbii qaz axtarışına başlayıb və bölgədəki enerjidən pay almaq üçün cəhdlər göstərir. S-400-lərin bölgəyə yerləşdirilməsi də rəsmi Ankaranın gözdağı kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   S-400   Aralıq-Dənizi  

Türkiyə S-400-lərini Aralıq dənizində yerləşdirəcək? - FOTO

2019/05/mmm15-1559303545.jpg
Oxunub: 775     21:51     31 May 2019    