Müttəfiqlər, yoxsa rəqiblər?| Köçəryan və Sarkisyan arasında görüş baş tutub (QISA BAXIŞ)

2019/05/00-13-1558941347.jpg
Oxunub: 1886     11:51     27 May 2019    
Robert Köçəryan həbsdən azad edildikdən sonra Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan ona baş çəkib. Bunu Köçəryanın ofisinin rəhbəri Viktor Soğomonyan da təsdiqləyib. Hansı məsələlərin müzakirə edildiyindən xəbərdar olmayan Soğomonyanın sözlərinə görə, bu, sırf şəxsi görüş olub.

Yeri gəlmişkən, məhz bu günlərdə erməni KİV-lərindən birinə verdiyi müsahibəsində Respublikaçılar fraksiyasının keçmiş rəhbəri Vahram Bağdasaryan, Köçəryanın azad edilməsindən sonra təmsil etdiyi partiyanın hər hansı üzvünün onunla görüşməsi barədə yayılan məlumatları inkar edib.

Artıq Köçəryan-Sarkisyan görüşü barədə məlumatın faktiki olaraq Respublikaçılar tərəfindən inkar edilməsi, lakin Köçəryan ofisi tərəfindən görüşün baş tutmasının təsdiqlənməsi faktı iki sabiq erməni prezidentin təqib etdiyi bu görüşün təqribi məzmununu və məqsədini biruzə verir.

Hazırda erməni ictimaiyyəti daxilində Qarabağ klanının cinayətkar, oliqarx sistemin qurduğu bir şəbəkə olduğu, başqa sözlə Köçəryan və Sarkisyanın eyni düşüncədə olması kimi fikirlər mövcuddur.

Qeyd olunur ki, bir sıra məqamlarda tərcümeyi-halları üst-üstə düşən bu iki sabiq erməni prezidentin istisnasız olaraq ümumi maraqları var. Bunu heç kim inkar da edə bilməz. Sarkisyanın işğal altında olan Qarabağa səfərindən sonra ordakı “siyasi elita” ilə apardığı izahlı işdən sonra qondarma qurumun sabiq və indiki “rəhbərləri” Arkadi Quqasyan və Bako Sahakyanın Köçəryanla bağlı qalmaqallı vasitəçilik missiyasının təsadüfi olmadığı vurğulanır. Digər tərəfdən onların görüşü, müzakirə ediləcək çoxsaylı məsələlərin olduğunu göstərir. Hətta xarici mərkəzlərdən, məsələn Rusiyadan məcbur edilmədiyi halda onların indiki məqamda vahid gündəminin olmayacağını da iddia etmək olar.

Çünki Sarkisyan dönəmində onlar arasında münasibətlər bir o qədər də qaydasında olmayıb. İlk növbədə Sarkisyanın hakimiyyətə gəldikdən sonra Köçəryanın kölgəsindən azad olmaq üçün tədbirlər görməsi və sonda Konstitusiyaya edilən dəyişikliklə Köçəryanın yenidən hakimiyyətə qayıdış yolunun bağlanılması buna nümunədir.

İnqilabdan sonra Köçəryanın bir neçə məqamda Sarkisyandan narazı olduğunu ifadə etməsi də təsadüf deyil.

Nəhayət iki sabiq erməni prezidenti arasında “1 Mart” işi üzrə rəqib yarışı gedir. Onlardan hər biri qanlı hadisələrin əsas məsuliyyətini digərinin üzərinə atmağa cəhd göstərir. Köçəryanın məhkəmədə yarı-prezidentlik hakimiyyəti dönəmində, parlamentdə səs çoxluğuna malik Baş nazir Sarkisyana nisbətən daha az səlahiyyətə malik olması barədə bəyanatı da təsadüfi deyil.

Faktiki olaraq, səlahiyyətlərini dinc şəraitdə ötürməklə Sarkisyan, Paşinyan hakimiyyətini və Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsini legitimləşdirdi.

Bununla da aydın olur ki, sabiq erməni prezidentlərinin düşüncələri fərqlidir və hazırkı status-kvo da Sarkisyan üçün əlverişlidir. Köçəryana qarşı siyasi təqib dönəmində Sarkisyan müxalifət lideri kimi yenidən formalaşa bilər. Buna görə də, Respublikaçıların görüş barədə susması və Köçəryanın ofisi tərəfindən bunun ictimailəşdirilməsi də təsadüfi deyil.

Köçəryan və Sarkisyan sistem daxili rəqiblərdir, yoxsa onları Moskva inqilaba qarşı vahid cəbhədə səfərbər edib? Artıq bu sualın cavabını qarşıdakı həftə və günlərdə əldə etmək mümkün olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan   Sarkisyan   Böhran  

Müttəfiqlər, yoxsa rəqiblər?| Köçəryan və Sarkisyan arasında görüş baş tutub (QISA BAXIŞ)

2019/05/00-13-1558941347.jpg
Oxunub: 1887     11:51     27 May 2019    