IS: "Bu ildən Azərbaycanın hava məkanını İspaniyanın LANZA ailəsi qoruyacaq" - HƏRBİ EKSPERT

2019/05/1-14028118569.jpg
Oxunub: 4745     10:20     24 May 2019    
Bütün dünyada məşhur olan İspaniyanın "Indra Sistemas" şirkəti müdafiə sənayesi sahəsində fəaliyyət üzrə təxminən yarım əsrlik təcrübəyə malikdir. "Indra Sistemas" İspaniyada bütün müdafiə sənayesi üçün inkişaf istiqamətlərini formalaşdıran nüfuzlu şirkət hesab edilir.

Bu sahədə şirkətin əsas rəqibləri "Northrop Grumman Corporation", "Raytheon Company", "Thales Group", "Airbus Defense and Space", "BAE Systems", "Israel Aerospace Industries", "Honeywell International", "SAAB Group", "ELTA Systems Ltd. ", "Leonardo S.p.A.", "Harris Corporation", ASELSAN, "Reutech Radar Systems" şirkətləri hesab edilir.

"Indra Sistemas"- informasiya texnologiyaları, avtomatlaşdırılmış sınaq avadanlıqları və müdafiə sənayesi sistemlərinin inkişafı istiqamətində fəaliyyət göstərən nəhəng İspaniya şirkətlərindən biridir. Şirkət Madrid Fond Birjasında siyahıya alınıb və IBEX 35 indeksinin tərkib hissəsidir.

Şirkətin fəaliyyət istiqqamətləri

"Indra Sistemas" şirkətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Hava nəqliyyatının idarəetmə sistemiləri (dünyanın ən böyük layihə inkişafçılarından biridir);
- Madrid, Barselona, Paris, Lissabon, Şanxay, Afina, Buenos-Ayres və Santyaqo kimi böyük şəhərlərində istifadə olunan metro bilet sistemləri;
- Enerji layihələri;
- Seçki prosesinin avtomatlaşdırılması;
- Aviasiya stimulyatorları;
- Müdafiə sənayesi məhsulları;
- Səhiyyə informasiya sistemləri.

Şirkətin mütəxəssisləri tərəfindən təqdim edilən REM taktiki sistemləri, minaların uzaqdan partladılmasına qarşı mübarizə vasitələri, termal atəşi idarəetmə sistemləri (AMX-30, "Leopard", T-72, M-48, M-60 tanklarında və "Pizarro" PDM-də), silah və hərbi texnikanın avtomatik sınaq sistemləri, təyyarə və atıcı silahların təlim kompleksləri də kifayət qədər diqqətəlayiq avadanlıqlar hesab edilir.

Şirkətin imkanları və strukturu

2018-ci ilin maliyyə ilində "Indra Sistemas" şirkətinin gəlirləri 3 milyard 104 milyon avro olub, onun 46 ölkədə nümayəndəliyi mövcuddur. Şirkət kecən il 140-dan çox ölkədə 30 törəmə şirkəti vasitəsilə təxminən 20 min layihə və kommersiya əməliyyatları həyata keçirib. Şirkətdə 40 millətdən ibarət 43 mindən çox mütəxəssis çalışır, onların 83%-i bakalavr, magistr və elmlər doktoru dərəcələrinə malikdir.

"Indra Sistemas" 120-dən çox universitet və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir.

Indra Sistemas müxtəlif platformalı məhsulları

İspan şirkəti "Indra Sistemas" təyyarə və helikopterləri daşınan zenit raket komplekslərindən qorumaq üçün lazer sistemlərinin hazırlanmasını da həyata keçirir.

Bu RLS-lərin ARIES ailəsi isə sahil radar aşkarlanma sistemlərinin və dəniz dairəvi müşahidə sisteminin əsasını təşkil edir. Onlar çox aşağı gücə malik olduğu üçün yüksək qətnamə ilə xarakterizə olunur və siqnallarının düşmən tərəfindən ələ keçirilməsi ehtimalı əhəmiyyətli dərəcədə aşağıdır. Radar sistemləri sahilyanı zonalarda, dəniz platformalarında, sərhədlərin təhlükəsizliyi və ya aviasiyanın hərəkətinin yerdə idarə olunmasında istifadə üçün nəzərdə tutulur. Universal vasitələrin və proqram təminatlarının inkişafı, müxtəlif hərbi məqsədli bir çox ARIES radar modeli yaratmağa imkan verir.

"Indra Sistemas" şirkətinin dəniz RLS-ləri

- Ən əhəmiyyətli hərbi inkişaflardan biri, İspaniyanın "Juan Carlos I" desant gəmisində yerləşdirilən dəniz radiolokasiya sistemidir.
- Onun tərkibinə daxildir:
- ARIES RLS bazasında hava nəqliyyatının idarəetmə sistemləri;
- LANZA-N 3D uzaqmənzilli və çoxrejimli RLS-i;
- CIT-25D IFF "özümün-özgənin" tanınma sisteminin qəbuledici-ötürücü transponderi;
- Suüstü hədəflərinin aşkarlanması üçün ARIES NAV naviqasiya radarı;
- Gəminin limana yaxınlaşmasını tənzimləyən yüksək dəqiqlikli RLS;
- Müxtəlif radar sistemlərindən daxil olan məlumatları birləşdirən avadanlıqlara nəzarət edən RLS.

"Indra Sistemas" şirkətinin hava RLS-ləri

"Indra Sistemas" tərəfində yaradılan "özümün-özgənin" tanınma sistemi "Eurocopter", "NH-Eurocopter", "Tiger HAD" helikopterlərində, sualtı qayıq əleyhinə R-3 "Orion" təyyarələrində, "Airbus" A400 hərbi nəqliyyat təyyarələrində istifadə edilir.

"Battlefield Target Recognition System" (BTID - döyüş meydanında hədəflərin tanınma sistemi), özünün və müttəfiqlərinin vasitələrinə atəş açmaq ehtimalını azaldır və bununla da "dost atəşi"ndən döyüş itkilərinin qarşısını almağa imkan verir. Bu sistem millimetr dalğada fəaliyyət göstərir və hədəf tanınma səhvlərini minimuma endirərək məhsuldarlığın artması ilə xarakterizə olunur. Özünün və ya müttəfiq qüvvələrin fəaliyyətlərini izləmək üçün cihazları avtonom şəbəkəyə birləşdirmək də mümkündür.

"Indra Sistemas" məhsullarının istifadəçiləri

NATO-nun üstünlük verdiyi radar təchizatçısı, dünyanın 5 qitəsinin müxtəlif ölkələrini 50 ədədə qədər radar ilə təmin edib və bəzi ölkələrə təchizat davam edir. Onların arasında həm hərbi, həm də ikili təyinatlı RLS-lər mövcuddur. Şirkət müxtəlif siniflərdən olan 20 radar üçün sifariş portfelinə malikdir.

Şirkətin son 5 ildə imzaladığı və yerinə yetirdiyi bəzi müqavilələrə nəzər salaq:

2014-cü ildə Gürcüstan "Eurocontrol" sisteminə qoşuldu və ölkənin naviqasiya sistemlərini Avropa standartlarına tam uyğunlaşdırmaq üçün İspaniya şirkəti ilə dünyanın ən yaxşı naviqasiya sistemlərindən birinin əldə edilməsi barədə müqavilə imzaladı. Gürcüstan tərəfi bu layihəyə 15 milyon lari (6,5 mln dollar) sərmayə yatırdı.

2015-ci ildə isə Azərbaycan da eyni sistemə qoşuldu. Həm ölkənin hava məkanında, həm də paytaxtdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında təyyarələrin hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verən və RLS ilə təchiz olunan yeni qüllə istifadəyə verildi. Bir çoxları "Indra Sistemas" şirkətindən RLS əldə edildiyini, bəziləri onun hərbi, bəziləri isə yeni qüllənin təchizatında istifadə edildiyini iddia etdilər. Sonra görüntülərdən məlum oldu ki, Avropada unikal sistem kimi tanınan hava nəqliyyatının idarə edilməsi qülləsi, "Thales" şirkətinin S diapazonunda çalışan RSM 970 S radiolokasiya stansiyası ilə təchiz edilib. Bununla da "Indra Sistemas" şirkətindən əldə olunduğu iddia edilən radiolokasiya stansiyasının (Bu RLS və qüllə üçün alınan digər ispan məhsulları barədə daha sonra geniş məlumat veriləcək) sırf Hərbi Hava Qüvvələrinin tələbatını ödəmək məqsədi ilə alındığı göründü.

2015-сi ilin may ayının 13-də İspaniya şirkətinin 3 ədəd LANZA 3D radarını NATO-nun inteqrasiya olunan HHM/RƏM sistemi üçün ixrac edəcəyi məlum oldu. Müqavilənin dəyərinin 22 milyon avro olması, hər bir radar üçün 7,3 milyon avro ödənildiyini göstərir. Sonradan alınacaq əlavə 1 ədəd radar və digər avadanlıqlar üçün toplam 36 milyon avro ödənildi. Müqavilə 36 ay ərzində tam icra edildi.

10 ədəd yerüstü və 2 ədəd suüstü versiyada olan RLS son illərdə İspaniya Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib. Sonuncu versiyanın 1 ədəd radarı L-61 "Juan Carlos I" universal desant gəmisində yerləşdirilib. Bu tip RLS-lər ən azı 12 ölkə və 2 NATO strukturu tərəfindən əldə edilib.

Hazırda İspaniya HHQ LANZA radarlarını "Integrado de Mando y Control System" (SIMCA) proqramı çərçivəsində istifadə edir. NATO layihəsi Portuqaliya HHQ üçün 1 ədəd 3D uzaqmənzilli LANZA əldə etməsinə şərait yaratdı. Oman sultanlığı HHQ üçün inteqrasiya edilən hava hücumundan erkən xəbərdarlıq sisteminin bir hissəsi kimi bir neçə ədəd LANZA radarına sahibdir. Mərkəzi Amerika və Afrika ölkələri isə təyyarələrinin hərəkətinə nəzarət üçün radarın ARSR versiyasına sahibdir.

Bundan əlavə, İspaniya HHQ üçün radarın LANZA LTR-25 yeni uzaqmənzilli taktiki versiyası, hərbi dəniz qüvvələri üçün isə digər modeli əldə edilib.

2018-ci ilin iyulun 20-də Ordu.az "Indra Sistemas" şirkəti ilə İspaniya Hərbi Hava Qüvvələri üçün helikoter, təyyarə, PUA və s. istehsalı ilə bağlı razılıq əldə edildiyini və bu layihənin 2019-2022-ci illəri əhatə edəcəyi barədə məlumat vermişdi. Layihə çərçivəsində şirkət İspaniya Ordusu üçün ümumi dəyəri 865 milyon dollar təşkil edən NH-90, CH-47F, EC-665, EC-135, AS532, AS332, UH-1H, AB-212 helikopterləri, PASI kəşfiyyat PUA-sı və "Raven" hücum PUA-sını istehsal etməlidir.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi 2019-cu il aprelin 24-də "Military Contracts Bulletin" (Hərbi Müqavilələr Bülleteni) adlı sənəddə İspaniyanın "Indra Sistemas" şirkəti ilə 13,6 milyon funt sterlinlik müqavilə imzaladığını bildirdi. Bu müqaviləyə əsasən Kral HHQ hava hədəflərini aşkar etmək və hava nəqliyyatını idarə etmək üçün şirkətdən MRR versiyasında bir ədəd yerüstü mobil üçkoordinatlı LANZA 3D stansiyasını əldə edəcək. Bu radar 2019-cu ilin dekabr ayının sonuna qədər çatdırılmalıdır və Britaniyanın Kiprdə yerləşən Akrotiri hava limanında yerləşdiriləcək. Bu Kral HHQ üçün LANZA radarının ilk satın alınmasıdır. Hazırda ingilislər Hərbi Hava Qüvvələrində "Lockheed Martin" tərəfindən inkişaf etdirilən və "BAE Systems" tərəfindən istehsal edilən AN/TPS-77 radarının 101 və 102 tipli yerüstü radarlarından istifadə edir. Daha öncə Böyük Britaniyanın HHM sisteminin bir ədəd 101 radarı Akrotiridə rotasiya qaydasında yerləşirdisə, indi isə onu daimi LANZA PLS-i əvəz etməlidir.

Hazırda İspaniya HDQ-nin S-70 sualtı qayıqlarında "Indra Sistemas" şirkətinin peyk rabitə sisteminə bağlı radarları uğurla istifadə olunur. Hazırda onların təkmilləşdirilən versiyası U-212 sualtılarına və Almaniya HDQ-nin iki F-122 (Bremen və Augsburg) freqatlarına da quraşdırılıb.

Məlumatları 3 sm-lik (5200-1000 MHz) diapazonda ötürmək qabiliyyətinə malik radarlar, NATO-nun sualtı qayıqlarının idarəetmə mərkəzi ilə əlaqəsinin etibarlılığını artıran yeganə vasitələrdir.

"Indra" və Azərbaycan

"Indra" ilə Azərbaycan arasında ilk əməkdaşlıq 2012-ci ildə 65 m hündürlüyündə qülləsi olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin və Hava Hərəkətinin Vahid İdarəetmə Sisteminin Baş Mərkəzinin yeni kompleksinin tikintisi ilə əlaqədar başlanıb. "Indra" şirkəti öz istehsalı olan avadanlıqlarla kompleksi və onun dispetçer mərkəzini avtomatlaşdırılan idarəetmə, naviqasiya sistemləri ilə təchiz etdi.

Sonradan şirkət Azərbaycanda hər ilik ildən bir keçirilən ADEX-2014, sonra isə ADEX-2016 sərgilərində iştirak etdikdən sonra əyani olaraq daha da yaxından tanındı.

Son günlərdə "İctimai" TV-də yayımlanan "Radius" hərbi-analitik proqramında HHM qoşunlarının tələbatını ödəmək üçün LTR-25 LANZA 3D uzaqmənzilli taktiki radiolokasiya stansiyalarının alındığı məlum oldu.

LANZA ailəsinin ümümi xüsusiyyətləri

"Indra Sistemas" şirkətinin LANZA radarları İspaniyanın ən uğurlu müdafiə sənayesi məhsullarından biri hesab edilir. 2000-ci ildə seriyalı istehsalına başlanan LANZA radarı LRR, MRR, LTR və ARSR kimi 4 versiyada istehsal olunur.

LANZA 3D radar ailəsi texniki xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnifatlandırılır:

1. LRR - uzaq mənzilli radarı həm sabit, həm də daşınan versiyada mövcuddur, NATO-nun FADR tələblərinə və hava hücumundan erkən xəbərdarlıq sisteminə uyğundur.

2. MRR - orta mənzilli radarı sabit, dəniz və taktiki daşınan versiyada hazırlanır.

3. LTR - uzaq mənzilli taktiki radardır, bu sinifin və ailənin son məhsuludir, yuxarıda sadalanan radarlara aid bütün üstün xüsusiyyətlər bu sistemdə cəmləşdirilib.

4. ARSR - ikili təyinatlı radardır, bütün növ təyyarələrin qalxmasına, havada hərəkətinə, enməsinə və marşrutun sıxlığına nəzarət etməyə imkan verir.

LANZA radar ailəsi öz sinifinin ən son və müasir üzvlərindən hesab edilir. Onların əsas xüsusiyyətləri aşağıdakılardır:

- Effektiv ECCM üçün tələb olunan geniş fəaliyyət zolağı;
- NATO diapazon spektrini tam əhatə etməsi;
- Üç idarəolunan müstəqil sinxron kanallar (SUM, DIF, SLB);
- Yüksək paylayıcı məhsuldarlığı olan, dəqiq və qabaqcıl barmaqlıq texnologiyalı anten (AESA-AFAR);
- Ötürülməyən həssas tezlik;
- İmpulsların çevik sıçrayışları;
- Proqramlaşdırılan fəaliyyət rejimi ;
- Prosessorların yenidən konfiqurasiya edilməsi;
- Hədəf koordinatlarının dəqiq əldə edilməsi üçün müasir siqnal emalı metodu;
- Geniş yüksəklik bucaqlarında izləmə;
- Ərazini izləmə qabiliyyəti;
- Avadanlıqların asanlıqla yenidən qurulması;
- Aşağı həcmi profilaktik servis.

Son nəsil RLS hesab edilən LANZA 3D radarları C-130 "Hercules" tipli nəqliyyat təyyarələrində, gəmi, dəmir yol və ya yük maşınlarında nəql edilə bilir. RLS sahəsində texnoloji sıçrayış hesab edilən stansiya güclü və yüksək xüsusiyyətli prosessorlar sayəsində qabaqcıl ballistik raketləri belə aşkarlamaq və izləmək funksiyasına malikdir. İstismarı analoqları ilə müqayisədə sadə və ucuzdur.

LTR-25 LANZA 3D

Azərbaycanın satın aldığı çoxrejimli və yüksək tezlikli LTR-25 LANZA 3D radarı istənilən hava şəraitində, 30 km yüksəklikdə və 444 km-ə qədər fəaliyyət radiusunda hədəfləri təyin etməyə imkan yaradır. LTR-25 LANZA 3D radarları tək impulslu iynəvari istiqamət diaqramı sayəsində aşkarlanmanın yüksək dəqiqliyini və düşmənin radioelektron müdaxiləsindən qorunmanı təmin edir.

LTR-25 müasir 3D sensorlarına malik daşınan radiolokasiya stansiyalarıdır. Bu ailənin radarları hər bir müştərinin fərdi istəklərini nəzərə alan geniş konfiqurasiya imkanlarına malikdir. LANZA çoxməqsədli olmaqla bir çox təhdidlərə qarşı uyğunlaşdırılan radardır. Radarın dizaynı mövcud NATO texniki əməliyyat və texniki xüsusiyyət tələblərinə cavab verməklə yanaşı, həm də gələcək təhdidlərin ssenarisində baş verə biləcək dəyişiklikləri də nəzərə alır. Şirkətin əldə etdiyi nailiyyətlər və yeni prinsiplər maksimum radar aşkarlanmasına nail olmaq üçün antenin barmaqlıq lövhəsində, gücləndiricilərdə və siqnal emalı texnologiyasında tətbiq edilib.

LTR-25 LANZA 3D RLS-in dizaynında stels əleyhinə təkmilləşdirilən aşkarlama, aşağı səviyyəli siqnalların mükəmməl izlənilməsi qabiliyyəti mövcuddur. Antenin hər bir barmaqlığı öz qəbuedici elementinə malikdir. "Indra Sistemas" şirkəti 3D radarlarının inkişafında, dizaynında, istehsalında və inteqrasiyasında 25 ildən artıq təcrübəyə sahibdir. Hazırda LANZA ailəsi müştərilərin tələblərinə cavab vermək üçün beş qitənin müxtəlif ölkələrində fərqli konfiqurasiyaları ilə silahlanmada xidmət göstərir.

Bütün LANZA modelləri kimi, LTR-25-də L-diapazonunda fəaliyyət göstərir, sərt anten korpusuna və şüaların parametrlərinə elektron nəzarət mexanizminə malikdir.

Bu radar ailəsinin hamısında sərt korpus, anten, gücləndiricilər, ötürücü qida mənbəyi, şüa formalaşdıran blok, emal prosessoru və mexaniki hissə kimi fərqli imkanlara malik eyni konstruksiya elementləri tətbiq edilir. Radarlar dəniz, quru və hava vasitələrində istifadə üçün konkret iqlim şəraitinə, tətbiq məqsədlərinə və məsafəsinə görə uyğunlaşdırıla bilir, həmçinin daşınan və ya sabit platformalarda istehsal edilir.

Layihələrin həyata keçirilməsi üçün şirkətin çoxsaylı istehsal imkanları və müasir yüksək texnologiyalı avadanlıqları mövcuddur. Hərbi təyinatlı məhsullar PECAL 2210 standartına, aerokosmik məhsullar isə UNEC-EN standartına uyğun keyfiyyət sertifikatına malikdir.

Bu sistemlər uzaq məsafədə aşkarlama, rahat daşınma və sürətli yerləşdirmə kimi vacib xüsusiyyətləri özündə birləşdirir. L diapazonu aşkarlama məsafəsini artırmağa imkan verir. Müxtəlif üsullarla rahat daşınma bu RLS-dən daha iriqabaritli sabit radarların dəyişdirilməsi, zədələn və ya sıradan çıxan stansiyaları qısa müddətdə əvəz etmək üçün ehtiyat radar kimi istifadə olunmasına imkan verir. Son 5 ildə keçirilən NATO tenderlərini bu radarların qazanması özü özlüyündə bir çox mətləblərdən xəbər verir. Hazırda NATO-nun cənub-qərb cinahı məhz bu RLS-lər vasitəsilə qorunur. İspaniyadan başqa Portuqaliya, Uruqvay, Ekvador, Avstraliya, Oman və Almaniya şirkətin daimi müştərilərindəndir.

İstehsal olunan məhsullar bütün növ platformalarda (yerüstü, dəniz, mobil) yerləşdirilə və HHM-in marağında tanınma, hava məkanının elektron müşahidəsi və idarə edilməsi ilə bağlı tələbləri əhatə etdən bütün vəzifələri (hərbi və mülki) icra edə bilər. Eyni zamanda, LTR-25 üçkoordinatlı radarı mövcud və perspektiv sistemlərlə birgə istifadə üçün də yararlıdır.

LTR-25 radarının texniki xüsusiyyətləri:

- Əməliyyat diapazonu 1215- 1400 MHZ;
- Maksimum gücü 53,5 kV;
- Nominal gücü 5,35 kV;
- Antenin darama dövrü 5- 12 san;
- Fəaliyyət azimutu 360º;
- Yüksəklik bucağı 20º (40º);
- Aşkarlama məsafəsi 389 - 444 km (210-240 NM);
- Fəaliyyət yüksəkliyi 30 km qədər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lanza   Radar   İspaniya-Azərbaycan  

IS: "Bu ildən Azərbaycanın hava məkanını İspaniyanın LANZA ailəsi qoruyacaq" - HƏRBİ EKSPERT

2019/05/1-14028118569.jpg
Oxunub: 4746     10:20     24 May 2019    