“Ermənistan tək başına KTMT-in fəaliyyətini iflic edə bilməz” – Sarkisyan

2019/05/Suren-1558615412.jpg
Oxunub: 421     16:12     23 May 2019    
“KTMT-nin Baş katibinin seçilməsi ilə bağlı ssenarini addımbaaddım proqnozlaşdırmışdım”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

Erməni politoloq bildirib ki, KTMT-nin Xarici İşlər nazirləri Şurasında baş verənləri aylar öncə proqnozlaşdırıb.

“KTMT-nin Baş katibinin seçilməsi ilə bağlı ssenarini addımbaaddım proqnozlaşdırmışdım. Mənim verdiyim proqnoza əsasən yekunda Ermənistan KTMT-nin Baş katibi vəzifəsinə Belarusun namizədi Stanislav Zasın təyin olunmasının lehinə səs verməyə məcbur olacaq.

Bu hal dünən baş verib. Buna görə də, Xaçaturovun səlahiyyət müddətinin başa çatdığı gündən etibarən Belarus nümayəndəsinin qəbul edilməsi və təyinatına tərəfdar olsaydı, daha doğru olardı”, - deyə Sarkisyan bildirib.

O, verdiyi proqnozda qeyd edib ki, Ermənistan gec ya tez Belarus nümayəndəsinin namizədliyini qəbul etməlidir.

“Ermənistan tək başına təşkilatın fəaliyyətini iflic edə bilməz. Bunu həm Minskdə, həm Moskvada, həm də İrəvanda dərk edirlər. Bəli, Ermənistan Zasın namizədliyinə səs verməliydi. Lakin tələb etməli idi ki, Belarusun namizədliyinin səlahiyyət müddəti Xaçaturovun səlahiyyət müddətinin başa çatmasından sonra qüvvəyə minsin. Bu çox effektiv addım olardı. Bir tərəfdən KTMT-nin fəaliyyətini iflic etməzdik, təşkilatın Baş katibi olardı və öz təbii fəaliyyətini davam etdirərdi, digər tərəfdən Ermənistan öz ilkin prinsipial mövqeyindən geri çəkilməzdi”, - deyə erməni politoloq İrəvanın məğlubiyyətini etiraf edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT  

“Ermənistan tək başına KTMT-in fəaliyyətini iflic edə bilməz” – Sarkisyan

2019/05/Suren-1558615412.jpg
Oxunub: 422     16:12     23 May 2019    