Erməni hərbi ekspert: “Azərbaycan Qarabağın azad edilməsi ilə kifayətlənməyəcək”

2019/05/90981-1558614848.jpg
Oxunub: 3702     16:33     23 May 2019    
“Azərbaycanın yalnız öz ərazilərini bərpa etmək deyil, eyni zamanda hücum-yarma zərbəsi endirərək yeni ərazilər ələ keçirmək niyyəti də var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Nahapetyan, Azərbaycanın geniş miqyaslı təlimləridən təşvişə düşərək qeyd edib ki, onların yalnız Şuşanı azad etmək yox, həmçinin İrəvanı ələ keçirmək məqsədi var.

“İrəvan onların tarixi ərazisinin bir hissəsidir, deməklə ilk növbədə daxili auditoriyaya xitab edirlər. İlk növbədə öz xalqını mənəvi psixoloji hazırlayırlar ki, ehtimal edilən müharibə halında onlar Qarabağın azad edilməsi ilə kifayətlənməyəcək, İrəvan da daxil olmaqla azad ediləcək çox əraziləri var”, - deyə Nahapetyan bildirib.

O qeyd edib ki, 1 ay ərzində Azərbaycan tərəfindən keçirilən artıq 2-ci geniş miqyaslı təlimlər fonunda Ermənistan hakimiyyəti sülhə hazırlanmaq haqqında bəyanat verir, daxildə xəyanətkar axtarılması, davamlı olaraq Qarabağ (qondarma qurum-red.) və Ermənistan arasında münasibətlərin gərginləşməsi baş verir:

“Xatırlamaq lazımdır ki, Qarabağ döyüşləri zamanı Azərbaycan hakimiyyəti uğrunda mübarizə gedirdi və bu mübarizə ölüm-dirim mübarizəsi idi. Təbii ki, əgər istənilən qələbə üçün vacib şərt olan ölkədə birlik, xalqın hakimiyyətə inamı, etimadı yoxdursa, psixoloji problemlər yaranır və məğlubiyyət baş verə bilər. Artıq 1 ildir ki, Ermənistanın sülh haqqında təbliğat aparmasını anlaşılmaz hesab edirəm”.

Erməni hərbi ekspert, bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi bəyanata münasibət bildirərkən qeyd edib ki, xəyanətkar müharibənin təşviq edilməsi bəzi ərazilərin qaytarılması və məsuliyyətin Ermənistan hakimiyyəti üzərinə atılması haqqında bu bəyanatlar verməklə Paşinyan təhlükəli fikirlər səsləndirir.

“Ermənistan-Qarabağ münasibətlərinin çox vacib şeyləri birləşdirən insanlar üzərində mərkəzləşdirilməsini də təhlükəli hesab edirəm. Bu cür addımlarla bugünkü hakimiyyət elə bir vəziyyət yaradacaq ki, həmin yaranmış vəziyyətdə rəqibin (Azərbaycan nəzərdə tutulur) xüsusi xidmət orqanları mənəvi vəziyyəti müəyyən edərək, erməni hərbi qulluqçunun komandirinin əmrini icra etməyə hazır olmadığını dərk etdikdən sonra fürsətdən istifadə edəcək.

2016-cı ilin aprel ayında döyüşlər başlayarkən Avropa Şurasının ən yüksək vəzifəli məmurlarından biri olan Pedro Aqramunt rəhbərlik etdiyi qurumun adından bəyan etdi ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmalıdır. Bu o deməkdir ki, Avropa İttifaqı, həmçinin ABŞ Azərbaycanın istənilən hərbi əməliyyatına azad etmə əməliyyatı kimi nəzər yetirəcək.

Bu ona görə belədir ki, Ermənistana qarşı yalnız Azərbaycan deyil, eyni zamanda Türkiyə də mübarizə aparır. Türkiyənin Ermənistanı təcrid etməsi ilə artıq müharibə elan etdiyini demək olar. Türkiyə isə NATO-ya üzv ölkədir. NATO-nun da onurğa sütunu ABŞ-dır. Ona görə də, Ermənistana qarşı Azərbaycan və Türkiyənin istənilən hücumu ilk növbədə ABŞ və Aİ-nin icazəsi yolu ilə həyata keçiriləcək”, - deyə ekspert təşvişini gizlətməyib.

Xatırladaq ki, Azərbaycan ordusu 20-24 may tarixində 10 min hərbi qulluqçu cəlb etməklə növbəti geniş miqyaslı hərbi təlimlərinə başlayıb. Bu Azərbaycan ordusunun bu ay ərzində artıq 2-ci, son 10 ay ərzində isə keçirdiyi 3-cü geniş miqyaslı təlimləridir. Əməliyyat taktiki təlimlərinin rəhbəri Müdafiə naziri Zakir Həsənovdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Azərbaycan   Təlim  

Erməni hərbi ekspert: “Azərbaycan Qarabağın azad edilməsi ilə kifayətlənməyəcək”

2019/05/90981-1558614848.jpg
Oxunub: 3703     16:33     23 May 2019    