“Jamanak”: Ermənistan uduzdu və bu məsələdə Moskva qazandı

2019/05/EATM-1558613688.jpg
Oxunub: 787     16:10     23 May 2019    
Xəbər verdiyimiz kimi, KTMT-nin Baş katibi vəzifəsinə Belarus nümayəndəsi Stanislav Zasın namizədliyi təsdiq olunub.

Ordu.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, onun namizədliyi təsdiq olunduğu halda səlahiyyətlərinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

Nəşrin mətnində qeyd olunur ki, doğrudanmı KTMT-də hərbi siyasi müttəfiqlik ədaləti məsələsinin həll olunması sual olaraq qalır.

“Beləliklə, KTMT Baş katibi məsələsi sanki həll olunmaqdadır. Lakin doğrudanmı KTMT-də hərbi siyasi müttəfiqlik ədaləti məsələsinin həll olunması sual olaraq qalır.

Bunun Ermənistan üçün qələbə, yoxsa məğlubiyyət olması Ermənistanda çox müzakirə edilir. Lakin nəticədə Ermənistanın yeni nümayəndəsi təyin edilmədi. Faktiki olaraq, bu məsələdə Moskva qazandı. Ona görə ki, vəzifələrin icra edilməsi səlahiyyəti Baş katibin müavini Semerikovun əlində qaldı. Digər tərəfdən nəhayət bu bir neçə ay ərzində səlahiyyətlərin icrası zamanı Rusiya nə qazandı, yaxud praktiki olaraq ümumiyyətlə kim daha dərin mənada nə əldə etdi? Məsələn prinsipcə bu vəzifədə Xaçaturov olarkən Ermənistan üçün nə fərqi vardı.

Qeyd edək ki, Bordyujanın rəhbər olduğu dövrlə müqayisədə heç bir fərq yoxdur. Ona görə ki, təşkilat üzv ölkələrin siyasətini əks etdirir, Baş katibin siyasətini əks etdirmir. Hazırda Ermənistanın qalib olub-olmadığı təşkilata üzv ölkələrin İrəvanın təhlükəsizliyi məsələsində göstərəcəyi davranış tərzində məlum olacaq. Bu, Ermənistanın inqilabdan sonra irəli sürdüyü uzunmüddətli prosesdir. Ermənistan üçün öz mövqeyini və prinsipial sorğularını qorumaq çox əhəmiyyətlidir”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   KTMT  

“Jamanak”: Ermənistan uduzdu və bu məsələdə Moskva qazandı

2019/05/EATM-1558613688.jpg
Oxunub: 788     16:10     23 May 2019    