Ermənistan hücum sistemlərini alır və münaqişənin sülh yolu ilə həllindən danışır? - EKSKLÜZİV

2019/05/x_lon-3117219928.jpg
Oxunub: 1075     15:12     23 May 2019    
“Aydındır ki, "KTMT üzvü olan bəzi ölkələr" Rusiya və Belarusdur. Digərlərinin ciddi bir müdafiə sənayesi mövcud deyil. Bu avadanlıqların nəyə lazım olduğu məlum deyil. Əgər "öz" aranızda danışırsınızsa birbaşa deyin. Bu sadəcə stilistik bir şərhdir”.

Bu barədə Ordu.az-a Rusiyanın Strateji Təhlil və Texnologiyalar Mərkəzinin direktor müavini, hərbi ekspert Maksim Şepovalenko Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, məruzəçi mahiyyət etibarıyla "sülh yolu ilə nizamlanmasına imkan verən əlverişli atmosferin formalaşması üçün əldə edilən razılaşmaların həyata keçirilməsinin vacibliyini" vurğulayıb.

“Burdan bir sual yaranır: Dövlətin (söhbət Azərbaycandan gedir) müdafiə qabiliyyətinin gücləndirilməsi məsələnin sülh yolu ilə nizamlanmasına necə imkan vermir? Və söhbət sadəcə "si vis pacem, para bellum" (sülh istəyirsən - müharibəyə hazırlaş) məsələsindən getmir, burada əsas məqam ondan ibarətdir ki, hər bir münaqişə iştirakcısı tərəfindən silah və hərbi texnika satın alınlır, lakin "hücum" sistemlərinin çoxluğu (Su qırıcıları barədə danışmasaq belə tək "İsgəndər" nəyə desəniz dəyər) şərti olaraq ermənilər tərəfindədir. Belarus-Belarus-Çin istehsalı olan Azərbaycan YARS-ların isə hələ OTRK deyil. Neçə deyərlər fərqini hiss edin! Və hiss edirsinizsə, unutmayın.

Şübhəsiz Rusiya əleyhinə bəyanat kimi dəyərləndirilən "təşkilatın nüfuzuna və əməkdaşlıq mühitinə" mənfi təsir barədə qeydləri isə məruzəçinin vicdanına buraxıram, çünki təşkilatın nüfuzunu Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələrin KTMT Baş katibinin həbs etməsi və Rusiya əleyhinə bəyanatlar səsləndirməsi qədər heç nə zədələyə bilməzdi. "Ölməz alay" marşında Njdenin portretinin görünməsini isə yenə də dırnağa alıram”, - deyə Ermənistan XİN rəhbərinin sözlərinə etiraz edib.

Xatırladaq ki, Mnatsakanyan Bişkekdə KTMT Xarici İşlər nazirlərinin iclasında bildirib ki, İrəvan KTMT üzvü olan bəzi ölkələrin Azərbaycana silah satışında iştirakından narahatdır. O, həmçinin qeyd edib ki, bu həm təşkilatın, həm də əməkdaşlıq mühitinin nüfuzuna mənfi təsir göstərir. Mnatsakanyan erməni tərəfinin narahatlığının eşidiləcəyinə ümid etdiyini bildirib.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silah   KTMT  

Ermənistan hücum sistemlərini alır və münaqişənin sülh yolu ilə həllindən danışır? - EKSKLÜZİV

2019/05/x_lon-3117219928.jpg
Oxunub: 1076     15:12     23 May 2019    