Mnatsakanyan nədən narahatdır?| “Bu, Ermənistan və KTMT üçün təhdiddir”

2019/05/Mnaca-1558601166.jpg
Oxunub: 590     12:44     23 May 2019    
“Türkiyənin Ermənistanla münasibətlərinin olmaması və Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqe, Ermənistan və KTMT üçün təhdiddir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Türkiyənin Yaxın Şərqdəki proseslərin inkişafında iştirakı və Suriyadakı fəaliyyətinə toxunarkən deyib.

O bildirib ki, mayın 22-də Bişkekdə KTMT-nin Xarici İşlər nazirləri Şurasının iclası keçirilib. İclasda xarici siyasət, bölgə, beynəlxalq çağırışlar, təhdidlərə müqavimət və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə edilib.

“Eyni zamanda Türkiyənin Ermənistanla münasibətlərinin olmaması və Dağlıq Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqe Ermənistana, onun timsalında bütün KTMT üçün təhdiddir. İranla bağlı sabitlik Ermənistanın kompleks təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətlidir”, - deyə erməni nazir bildirib.

O, təşkilat üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki son vəziyyət barədə məlumat verib.

“KTMT-yə üzv ölkələrin bəzilərinin Azərbaycana silah satılması prosesinə cəlb edilməsini narahatlıqla ifadə edirəm. KTMT-yə üzv dövlətə qarşı güc və ya güc təhdidinin tətbiq edilməsi xülyasına qarşı müvafiq addımlar atılmasına dair Ermənistanın narahatlığı nəzərə alınacaq”, - deyə Mnatsakanyan şikayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Mnatsakanyan nədən narahatdır?| “Bu, Ermənistan və KTMT üçün təhdiddir”

2019/05/Mnaca-1558601166.jpg
Oxunub: 591     12:44     23 May 2019    