İşğal tarixlərini əzbərləmək, yoxsa mahiyyətə varmaq?!

2019/05/Soldi-1558595929.jpg
Oxunub: 3248     11:43     23 May 2019    
Tez-tez rast gəlirik, işğal günlərində müəyyən sorğular keçirilir. Məsələn, Laçının, Ağdamın, Şuşanın və digər rayon-şəhərlərin işğal günləri sakinlərdən soruşulur. Bu sorğuları keçirənlərin hansı niyyətlə yanaşması haqqında mülahizə yürütməyəcəm. Ola bilsin, kimsə maarifçiliklə məşğuldur, xalqa işğalı unutdurmamağa çalışır, ola bilsin kimsə saytı üçün "Şok- sakinlər işğal tarixini bilmədi" deyə İP toplayır və ya kimsə unutqan olduğumuzdan sadəcə həzz alır.

Əlbəttə, yetişkin birinin işğal tarixini bilməməsi heç də baş ucalığı gətirən amil deyil. Mən özüm də işğal tarixlərini əzbərdən bilirəm. Amma milli vətənpərliyi işğal əzbərçiliyinə sığdırmaq olarmı? Və ya bu işğalın qarşısnı ala biləcək vətənpərlikdirmi?

İstənilən halda bizə əzbərçi tarix yox, mahiyyətə varmaq lazımdır. İşğal olundu - niyə, hansı səbəbdən, necə imkan verə bilməzdik, necə azad edə bilərik deyə...

ABŞ-da tələbələr arasında Kennedinin ölümüylə bağlı yazılı sorğu keçirilmişdi. Tələbələrin böyük əksəriyyətinin `1963-cü il 22 noyabr` tarixini qeyd etdiyini düşünəcəksiniz. Xeyr. Kimisi prezident kortejinin həmin dövrün silahına uyğun olmayaraq yavaş hərəkət etdiyini, kimisi silah maqnatlarının planlarından, kimisi təhlükəsizlik sisteminin harada zəif nöqtələr buraxdığılnı qeyd etmişdi. Mahiyyətə varmaq budur. Əzbərçi tarixlə nəyəsə nail olacağımızı düşünməyimiz, bunu vətənpərvərlik kimi yamsılağımız işğalın davam etməsi deməkdir. Bizə mahiyyətə varmaq, səbəbləri üzə çıxarmaq və qarşısını necə almaq kimi maarifçilik lazımdır.

Zamanla milli oyanış baxımdan müxtəlif mərhələlər keçmişik. Bariz nümunə kimi "Molla Nəsrəddin", "Füyuzat" yolunu göstərmək olar. "Füyuzat"ın dili molla nəsrəddinçilərin daha çox üzə çıxmasına səbəb oldu. Amma bizim hələ də "Molla Nəsrəddin" yolunda ilişib qalmağımız onu göstərir ki, bu ideal yol deyil. Milli tənqid bizim kimi ölkələrdə milli oyanışa səbəb ola bilmir. Bu həm də genetik türk amilindən irəli gələn adətlərdən və Qafqaz istiqanlığındandır. Molla Nəsrəddinçiliyin xalq üçün gördüyü işlərdən gen-bol bəhs etmək olar, amma mövzu bu deyil.

Elə isə nə etməli? "Füyuzat" ideayası ilə Molla Nəsrəddin dilini birləşdirib yeni formul, yeni maarifçilik istiqamətinə keçmək labüddür. "Füyuzat"ın ideyası daha uyğun olsa da dilin xalq dili olmaması, Molla Nəsrəddinin isə milli tənqidi özünü doğrultmaması, amma xalq dilində olmasından istifadə edib balansı, ortaq yolu yaratmaq lazımdır.

İki övlad düşünün. Milli genetikamızdan gələn formada tərbiyə edək. Digərini həmişə tənqid edək, sən bacarmırsan, bacarmazsan deyək. Əmin olun ki, o uşaqların 90%-i sonradan uğursuz olur. Amma digər uşağı sövq edərək, sən bu işi bacaracaqsan, bunu da öyrən, yerinə yetirə bilərsən. Nəticədə isə belə uşaqlar daha şövqlə hansısa ideya uğrunda böyüyür və nail olur.

Davamlı, ardıcıl milli tənqid milli oyanış ruhunu paslandırır.

Ona görə də "Molla Nəsrəddin"in xalq diliylə, "Füyuzat"ın ideyasını birləşdirməliyik.

Bizi isə Qarabağda təkcə vətən deyil, əsir düşən məzarlar, ruhlar deyil, itkin düşən əllərimiz, ayaqlarımız da gözləyir... İllər öncə bir qazinin müsahibəsini oxumuşdum. Mina partlayışından sonra qopmuş ayağını əlləriylə bərk sinəsinə sıxıb. Daha sonra ondan o ayağı qopara bilməyiblər. Yalnız huşunu tam itirdikdən sonra ayağını ondan alıblar. Elə onun dediklərinə istinadən aşağıdakı parçanı ona həsr etmişəm:

danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.

Emin Piri
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal  

İşğal tarixlərini əzbərləmək, yoxsa mahiyyətə varmaq?!

2019/05/Soldi-1558595929.jpg
Oxunub: 3249     11:43     23 May 2019    