“Past”: Ziddiyət, yoxsa məntiq?| Ermənistan Müdafiə naziri Paşinyanla razı deyil

2019/05/97421-1558594148.jpg
Oxunub: 571     11:12     23 May 2019    
“Tonoyan bəzi qüvvələrin ordunu xəyanətkar oyunlara cəlb etmə ehtimalının olması barədə Paşinyanın bəyanatı ilə razı deyil”.

Ordu.az “Past” nəşrinə istiandən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan demək olar ki, bütün gün boyu Ermənistan Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşərək, qapalı formatda müzakirələr aparıb.

“Artıq ötən gün Davit Tonoyan öz müsahibəsində bəzi qüvvələr və ya xadimlər tərəfindən Ermənistana qarşı ehtimal edilən xəyanətkar fəaliyyətlər barədə danışıb.

Bu barədə hökumətin keçirdiyi müşavirədə Paşinyan da bəyan edib. Nazir deyib ki, bu cür hadisənin baş verməsinə imkan verməyəcək. Bugünkü Ermənistanda xəyanətkar fəaliyyətlər mümkün deyil. Bütün fəaliyyətlər ilk mənbədə neytrallaşdırılacaq.

Faktiki olaraq Tonoyanın bəyanatından məlum olur ki, bəzi qüvvələrin ordunu xəyanətkar oyunlara cəlb etmə ehtimalının olması barədə Paşinyanın bəyanatı ilə razı deyil. O, ordunun əks inqilabi məqsədlər üçün istifadə edilə biləcəyi ehtimalları ilə razı olmadığını nümayiş etdirir”, - deyə erməni nəşri bildirir.

Nəşrin məlumatına görə, Ermənistan Müdafiə nazirinin bu cür aydın bəyanatla çıxış etməsi çox əhəmiyyətlidir.

“Əslində özünə hörmət edən Müdafiə naziri bu cür bəyanat verməyə bilməzdi. Ona görə ki, əks halda belə çıxardı ki, bizim realda ordumuz yoxdur.

Nəhayət, əgər müxtəlif qüvvələr Silahlı Qüvvələri istifadə edə bilsəydi və əraziləri yaxud rayonları qaytarmaq niyyəti olsaydı, belə çıxardı ki, bizim nə ordumuz nə təhlükəsizlik qüvvələrimiz, nə dövlətimiz, nə də dövlətçiliyimiz var. Ümid edək ki, Tonoyanın bəyanatı ilə dərinləşən qeyri-müəyyənliyin və boşluğun qarşısını almaq mümkün olacaq”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəyanət   Paşinyan  

“Past”: Ziddiyət, yoxsa məntiq?| Ermənistan Müdafiə naziri Paşinyanla razı deyil

2019/05/97421-1558594148.jpg
Oxunub: 572     11:12     23 May 2019    