Tonoyanın “əsas zəmanətləri” nədən ibarətdir?| O, Xarici İşlər naziri olmaq istəyir

2019/05/Tonoy-1558530180.jpg
Oxunub: 1459     17:02     22 May 2019    
Davit Tonoyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində erməni tərəfinə “əlverişli danışıqlar şərtlərinin təmin edilməsi üçün əsas zəmanətlər”i təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan Müdafiə naziri Davit Tonoyan ölkənin şimal-şərq istiqamətində dislokasiya olunan “N” saylı hərbi hissəyə səfər edib.

Plana uyğun olaraq, hərbi hissə komandirləri və onların müavinlərinin iştirakı ilə keçirilən komandir toplanışları çərçivəsində Tonoyan “Bölgədə hərbi siyasi vəziyyət, bundan irəli gələn mümkün inkişaf prosesləri” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirə zamanı, onun Ermənistan çevrəsində formalaşmış “təhlükəsizlik mühiti”nin əsas çağırışlarını, beynəlxalq və bölgə maraqları, münaqişələr sahəsində mövcud və ehtimal edilən inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə erməni tərəfinə əlverişli danışıqlar şərtlərinin təmin edilməsi üçün əsas zəmanətləri təqdim etdiyi bildirilir.

Qeyd edək ki, Tonoyanın “erməni tərəfinə əlverişli danışıqlar şərtlərinin təmin edilməsi üçün əsas zəmanətlər”i erməni mətbuatında bir çox sualların yaranmasına səbəb olub. Onun “yeni müharibə, yeni ərazilər” kimi sərsəm bəyanatlarından sonra “əsas zəmanət”lər dedikdə işğal altında olan Qarabağın ətraf rayonlarının nəzərdə tutulmadığı gün kimi aydındır. Bu baxımdan Tonoyana görə “zəmanət” yalnız növbəti təxribatçı əməliyyatların həyata keçirilməsi kimi qiymətləndirilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Tonoyanın “əsas zəmanətləri” nədən ibarətdir?| O, Xarici İşlər naziri olmaq istəyir

2019/05/Tonoy-1558530180.jpg
Oxunub: 1460     17:02     22 May 2019    